Google – yenidən dünyanın ən bahalı brendi oldu

Millward Brown araşdırmalar şirkəti, ardıcıl üç ildi ki, Google-u dünyanın ən populyar brendi kimi tanıyıb. Aprelin 21-də Millward Brown hər il nəşr olunan, dünyanın ən bahalı və əhəmiyyətli brendlərin siyahını dərc edib. Bu dəfə Google brendi 86 milyard dollar dəyərində qiymətləndirilib. The Guardian nəşrinin verdiyi məlumata görə bu rəqəm ötən ilin göstəricisi ilə müqaisədə 30 faiz çoxdur.
Siyahıda növbəti yerləri müvafiq olaraq General Electric ($71,4 mlrd.), Microsoft ($70,89 mlrd.) və Coca-Cola ($58,2 mlrd.) tuturlar.
Top-100 daxil olan bütün brendlərin ümumi dəyəri 1.94 trilyon dollar təşkil edib, bu da ötən il ilə müqaisədə 21 faiz çoxdur. Qeyd etmək lazımdır ki, digər təhqiqat şirkətinin verdiyi məlumata əsasən, 2007-ci ilin iyulunda Google brendinin dəyəri cəmi 17.8 milyard dollar olub.

Bir şərh yazın