Qarabağ kanalında tapılan qadın meyitinin kimə aid olması aydınlaşıb

Daxili İşlər Nazirlyinin məlumatı

Bu günlərdə Qarabağ kanalında tapılan qadın meyitinin kimə aid olması aydınlaşıb. Bu, Beyləqan rayonunun Qarabağlar kəndində məskunlaşmış Ağdam rayon sakini Leysan Həmidovadır. Müayinə zamanı onun üzərində zorakılıq əlamətlərini olmadığı müəyyən edilib.
DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə İlqar Sərkərnamazovu qətlə yetirmiş şəxs həbs edilib. Xatırladaq ki, Alik Muradov Ağstafa rayonunu, Dağ Kəsəmən kənd sakinini mayın 18-də bıçaqla qətlə yetirmişdi.
İnsanları cinsi istismara məruz qoyan Səadət İmanova, Sevda İmanova və Fərhad Şükürov DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub. Səadət İmanova və Sevda İmanova gəlir əldə etmək məqsədilə qadınları Dubaya apararaq cinsi istismara məruz qoyurmuşlar. Fərhad Şükürov isə bu çirkin əməlini Bakıda həyata keçirirmiş.
Uzun müddət narkotiklərin satışı ilə məşğul olan İran vətəndaşı Güli Gülməhəmməd Nurməhhəmməd oğlu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. O, qaçaqmalçılıq yolu ilə Bakıya gətirdiyi 10,5 kq tiryəki 36000 dollara satarkən tutulub.
Anar Məmmədov /ANS PRESS/NEXTAZ

Bir şərh yazın