Monopolistlər əhaliyə kərə yağı əvəzinə heyvan piyləri yedizdirir

Qonşu ölkələrdə od qiymətinə kərə yağı bizə 1.86 dollara necə gəlir?
Ucuz idxal olunan bu məhsulu istehlakçı 10-12 manata alır   
İddialar var ki, satışda kərə yağı kimi təklif olunan məhsulların çoxunun gerçək kərə yağı bir əlaqəsi yoxdur. Bu yağların bir qismi heyvanların iç yağı, piylər və bitkilərdən hazırlanır, bəziləri isə kimyəvi tərkiblidir. Onlara kərə yağının dadını və qoxusunu verən xüsusi qatqılar vurulur ki, bunlar da sağlamlığa təhlükə yaradır. Bəzi yağlar da xarici marka altında satılır, lakin onlar kiçik sexlərdə düzəldilir. Belə ki, idxal olunan ucuz yağların tərkibinə marqarin, mənşəyi bəlli olmayan piylər, əlavə qatqılar vurularaq istehlakçılara baha qiymətə satılır. Bunlardan “Bestgov” və “Newland” yağlarının adı çəkilir. Rast gəlinən “Newland” nümunəsində Yeni Zelandiya məhsulunun üzərində 4 gün qabaq istehsal olunduğu qeyd edilib. Halbuki, bu ölkdən məhsulları gəmi ilə iki aya gətirilir. “Bestgov” yağının isə üstündə Yeni Zelandiya yazılıb, lakin rekvizitləri Azərbaycanda istehsal olunduğundan xəbər verir. Mağazalarda qiyməti 3 manata da “kərə” yağları var. Onların Rusiya yağı olduğu bildirilir.  Bu isə heç yağın maya dəyəri deyil.
Bizimyol.info qonşu ölkələrdə kərə yağının satış qiymətini araşdırıb. Əvvəlcə tsenomer.ru saytında Rusiyada kərə yağlarının sentyabr ayı üçün qiymətlərini təhlil etmişik. Misal üçün, sentyabrın 24-də Krasnoqorsk şəhərində “Pyaterocka” mağazasında kərə yağının bir kiloqramı 400 rubl olaraq qeydə alınıb. Rublın milli valyutaya olan bugünkü məzənnəsinin 0.0255 manat olduğunu nəzərə alsaq, qiymət 10.20 manatdır. Sankt Peterburqda yenə eyniadlı mağazada 1 kiloqram yağ 1100 rubl təşkil edir. Bu isə 28.05 manat edir. Kemerovada kərə yağının kiloramı 200 rubldır – 5.10 manat. İrkutsk şəhəri “Slata” mağazasında bu ay kərə yağının kiloqramı 500 rubl təşkil edib – 12.75 manat. Göründüyü kimi Rusiyanın ayrı-ayrı şəhərlərində ən ucuz kərə yağının kiloqramı 5.10 manatdır. Bütövlükdə Rusiya üzrə orta qiymət 414 rubl, Moskva və Moskva vilayətində isə 325 rubl olaraq qeydə alınıb. Bütün bunlara təbii ki, daşınma xərci və gömrük rüsumu da əlavə etmək lazımdır.
Hesablamalara görə, yüksək keyfiyyətli kərə yağının kiloqramının maya dəyəri heç olmasa 5 manata başa gələr. Bundan ucuz yağların isə tərkibindən şübhələnməyə dəyər. Yerli bazarda 3-4 manata da “kərə yağı” adı altında məhsullar satılır. Bu ilin 8 ayında ölkəmizə gətirilən 9 718,91 ton kərə yağı və süddən hazırlanmış digər yağların ümumi dəyəri 33 358,86 min dollar təşkil edib. Bu, 1 ton məhsul üçün 3 432 366, 1 kiloqrama 3,43 dollar orta qiymət deməkdir. Yerli marektlərdə normal kərə yağlarının qiyməti 9-12 manatdan başlayır. Keçən il 14 282,48 min dollarlıq 7 676,76 ton belə məhsullar gətirilib. Kərə yağının tonu orta hesabla 1 860 482, kiloqramı 1,86 dollar olub. Həcmdə çox dəyişiklik olmasa da müqayisədə bu il qiymət artımı az qala iki dəfədir. Su qiymətinə gətirib, od qiymətinə satmaq ayrı mövzudur, onun keyfiyyəti isə başqa. Rusiyada belə daxili istehsal olan kərə yağının kilosu 1.86 dollara deyil. Əslində, bu qiymətə idxal olunduğuna inanırıq, amma o halda gətirilən kərə yağı yox, nəsə başqa bir şeydir. Ölkədə 3 manata da “kərə yağı” adı altında satılan yağlar var.
Ukraynada 73% yağlığığı olan, piy qatqısı olmadığı bildirlən 1 kiloqram. kərə yağının qiyməti internetdə 85 qrivnaya təklif olunur. 1 grivna bu gün 0.0629 manatdır. Bu isə 5.35 manat deməkdir. Rüsumsuz, daşınma xərci olmadan. Azərbaycana gələnə qədər ən az 7 manat olacaq. 70 qrivnaya da yağ satılır – 4.40 manat, amma tərkibində hər hansı qatqısının olub-olmadığı qeyd edilməyib. Amma yağlılığı 72,5% göstərilib. Başqa birinin pərakəndə satış qiyməti 1 kiloqram üçün 90 qrivnayadır, yəni 5.66 manat. Qatqısız olduğu vurğulanıb. 20 ton təklif olunub.  54 qrivnaya kərə yağının da ərinmiş piy və ya əlavə qatqı qatılmadığı qeyd edilib. Bu da 3.40 manatdır. 2380 dollara da kərə yağı təklif olunur. Bu yağın topdansatış qiymətidir, kiloqramı 2.38 manatadır. Amma burada tərkibində qatqı olub-olmadığını göstərmirlər. Adətən qatqı olmadığı zaman bu. xüsusi qeyd edilir. Yox. əgər qatqı olub-olmadığı barədə susurlarsa, deməli var.
Türkiyədə kərə yağı bahadır – ən ucuzu 6.57 manat (12 Tl). O da cəmi bir yerdə rastımıza çıxdı. Qalanlar topdansatışda 14,90 Tl, 24-25 Tl, 30 Tl, 40 Tl, 72 Tl və s. qiymətlərə təklif olunur. Azərbaycanda süd istehsalı artır, amma kərə yağına olan ehtiyac əsasən idxal məhsulları hesabına ödənir. İdxal olunan mal qrupları arasında da kərə yağı və müxtəlif bitki, heyvan mənşəli yağlar və piylər üstünlük təşkil edir. 2015-ci ildə 22 392,65 min dolarlıq kərə yağı idxal edilib. Bitki və heyvan mənşəli piylər və yağlar isə 83 834,13 dollar təşkil edib. Ondan bir il əvvəl 25 118,60 min dollar dəyərində kərə yağı gətirilib. Bitki və heyvan mənşəli piylər və yağlar isə 88 109,96 min dollar olub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidən də bildirilib ki, ölkəyə idxal olunan keyfiyyətli kərə yağlarını sonradan gizli sexlərdə bitki yağları ilə qarışdırır və satışa buraxırlar. Üzərində də yağlılığı 82 faiz göstərilir. Komitədən deyiblər ki, uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir. Hansı mağazadan sertifikat tələb edə bilərsiniz? Sizə gülərlər. Əslində idxal olunan əksər yağların tərkib məlumatlarında əvəzedicidən hazırlandıqları qeyd olunur. Bəzilərində hətta tərkibinə kərə yağı qatıldığı da göstərilir. Ona görə də istehlakçıların bir qədər diqqətli olması yetərlidir ki, keyfiyyətli məhsulu ayırd edə bilsin. Ştrix-kodlara da diqqət edilməlidir ki, ən azından daimi istifadə etdiyiniz yağın mənşəyini, tərkibini biləsiniz. Azərbaycan məhsulları 476, Yeni Zelandiya 940-949, Rusiya isə 460-469 barkod prefiksi ilə öz məhsullarını satışa çıxarır. Amma o da iddia olunur ki, ölkədə təmiz kərə yağı satılmır. Hətta qiyməti 9-15 manata olanların da tərkibində kənar qatqılar var. Qiymət isə nə qədər bahadırsa, keyfiyyət də ona uyğun artır. Amma tələbat əsasən qiyməti ucuz olan yağlaradır.
Bizimyol.info

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma