Bakıda müdhiş əməliyyat – 12 yaşlı uşağın cinsiyyəti dəyişdirilir

Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.
Axşam.az xəbər verir ki, əməliyyat özəl klinikalardan birində gerçəkləşdiriləcək.
Əməliyyat zamanı uşaq qadın ediləcək.
Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini qeyd edib.
Mütəxəssis bildirib ki, əməliyyat az sonra başlayacaq:
“Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizim deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni “xy” yox, “xx” daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı.
Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma