Arıqlamaq üçün möhtəşəm pəhriz

Yaşından asılı olmayaraq hər kəsin arzusu formada olmaqdır. Həmişə gözəl görünməyi sevən xanımlarımız isə buna daha çox can atırlar. Bunun üçün müxtəlif pəhrizlərə əməl edir, hətta tibbi əməliyyatlara belə risk edirlər. Çox vaxt isə yeməkdən imtina etməyi, gün ərzində ac qalmağı arıqlamaq üçün ən effekli, sürətli vasitə hesab edirlər, lakin bir anlıq düşünmürlər ki, bu insan orqanizmi üçün çox təhlükəli və risklidir. Bu zaman maddələr mübadiləsi pozulur, halsızlıq, baş ağrısı kimi hallar meydana çıxır.

Pəhrizə başlamazdan əvvəl ən əsas şərt qida rejimini düzgün qurmaqdır,yəni əvvəl yeməyimizi tədricən azaldıb,sonra tələb olunanları etmək lazımdır. Əks halda bu orqanizmin məhvinə,yəni müxtəlif ağrı və xəstəliklərin yaranmasına səbəb olur. Sizə təqdim edəcəyim pəhriz inanılmaz dərəcədə effektlidir. Bu pəhrizi mən etmişəm və bir sözlə nəticədən yerdən göyə qədər razı qalmışam. Pəhrizi sizə təqdim edirəm.

1. Səhər saat 9:00-da bir stəkan kofe içmək, bu gün ərzində təziqin düşməsinə imkan vermir.
2. Saat 12:00-da bir soyutma yumurta çörəksiz, duzsuz şəkildə yemək, bu isə insan orqanizminin zülala olan tələbatını ödəyir və gec acmasına səbəb olur.
3. Saat 15:00-da 250-300 qram ya döş əti, ya mal əti və axud da balıq əti soyutma bişirərək yemək, bunlar isə orqanizmin gücdən düsməsinə imkan vermir, lazim olan vitamin və maddələrlə orqanizmi təchiz edir.
4. Saat 18:00-da 50 qram ağ pendiri bir almayla (pendir çörək kimi) yemək.
5. Saat 21:00-da çörəksiz halda qatıq yemək.
6. Gün ərzində 10-a qədər gavalı qurusu yemək.
7. Sonda pəhriz zamanı yaşıl çay içmək. Daha yaxşı olardı ki, gavalı qurusu ilə içəsiniz

Nəzərinizə çatdırım ki, əgər tam şəkildə pəhrizə əməl etsəniz 1 həftəyə ən azı 4-5 kq çəki itirəcəksiz. Mən bu pəhrizə əməl etdim və 1 həftə ərzində 5kq itirərək 62 kq-dan 57 kq-a düşmüşəm. Sağlam şəkildə arıqlamaq istəyən hər kəsə bu pəhrizi məsləhət görürəm. Mən etdim nəticəsini gördüm,növbə sizdə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma