Pokemon GO nədir və onu necə yükləmək olar

Bu yaxınlarda üzə çıxan Pokemon GO mobil oyunu dərhal App Store və Google Play-də ilk sıralarında yer aldı. Lakin, oyun yalnız ABŞ, Yeni Zelandiya və Avstraliya ölkələrinin istifadəçiləri üçün mövcuddur. Bu yazıda Siz Pokemon GO oyununu necə Azərbaycanda yükləmək olduğunu öyrənəcəksiniz.Əgər Siz bu günlərdə internet və xəbərlərdən uzaq durmuşdunuz: Pokemon GO – Nintendo, The Pokémon Company və Niantic şirkətləri tərəfindən yaradılan iOS və Androidplatformaları üçün multipleyer mobil oyunudur. Oyun əlavə reallıq elementlərindən istifadə edir.

Oyunda biz uşaqlığımızdan yaxşı tanıdığımız məşhur pokemonları axtarıb tapmalıyıq. Ən maraqlısı odur ki, bunu evdə kompyuterin qabağında yox, real həyatda etməliyik. Bakı küçələrini gəzib və eyni zamanda fantastik qulyabanıları tutmaq çox əyləncəli bir iş olduğu ortaya çıxdı. Üstəlik, bu sağlamlıq üçün də çox xeyirlidir: Pokemon GO oynayaraq siz özünüz belə bilmədən rahatlıqca 10 000 addımı ata bilərsiniz.

Əlbəttə, oyun prosesi bununla kifayətlənmir. Siz müxtəlif gizli yerlər tapmalı, yarışmalarda iştirak etməli, pokemonları inkişaf etdirməli və digər fərqli tapşırıqları yerinə yetirməlisiniz. Lakin, gəlin bu oyunu necə yükləmək olduğu haqqında danışaq. Çünki Pokemon GO hələki ölkəmizdə rəsmi olaraq yoxdur (ümumiyyətlə, nə vaxtsa olub-

iOS

iOS istifadəçiləri öz Apple ID-lərini ABŞ, Avstraliya və Yeni Zelandiyaya dəyişməlidirlər. Bunu necə etmək olar isə, buradan daha ətraflı oxuyun.

  1. Smartfonunuzda öz mövcud Apple ID-dən çıxın.
  2. “Settings” → “General” → “Language & Region” və regionu Avstraliya, Yeni Zelandiya və ya ABŞ-a dəyişin.
  3. İndi Pokemon GO oynunu App Store-də tapın.
  4. Tətbiqi yükləyin və quraşdırın. Ondan sonra öz real Apple ID-nizi qaytara bilərsiniz.

Android

Android istifadəçiləri (həmişə olduğu kimi) Pokemon GO oynunu daha asan şəkildə yükləyə bilərlər. Sadəcə qadjetinizin ayarlarında naməlum mənbədən olan tətbiqlərin yüklənilməsinə icazə vermək lazımdır. Ondan sizə sonra sadəcə oynunu yükləyib smartfonunuzda quraşdırmaq qalır.

Amma müğayət olun! Oynunu möhtəşəm populyarlığı əksər fayllarda virusların yaranmasına gətirib çıxardı. Ona görə yalnız etibarlı resurslardan APK-faylları yükləyin. Məsələn,APKMirror saytından. Quraşdırma zamanı tələb olunan icazələrə fikir verin. Skrinşotda göstərildiyndən çox olmamalıdır.

Mən artıq bir neçə pokemonu tutmuşam. Bəs siz? Oyun haqqında təəsüratlarınız necədir?

İşlərinizdə uğurlar!

Yazı Lifehacker saytından adaptasiya olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma