Pokemon Go – İnsanları küçələrə çıxaran səbəb nədir?

Pokemon Go – İnsanları küçələrə çıxaran səbəb nədir?

Cəmi bir həftə öncə (6 iyul 2016) ABŞ, Avstraliya və Yeni Zellandiyada Android və iOS smartfonlar üçün istifadəyə verilən“Pokemon Go” oyunu hazırda bütün dünyanın danışdığı və bütün dünyanı “evdən bayıra çıxarmaqda olan” oyundur.

 

“Pokemon Go” nədir?

1997-ci ildə Yaponiyada “Pokemon” (Pocket Monsters) adlı cizgi filmləri meydana çıxdı. Ardınca bütün dünyada izlənən cizgi filmlərindən oldu. Yeni yaradılmış oyun Pokemon’sevərləri köhnə günlərə qaytarmaqdadır. (Təkcə Pokemon’sevrləri deməyək, çünki demək olar, eşidən hər kəs oynayır artıq).

Artırılmış reallıq (Augmented Reality) texnologiyası tətbiq edilən oyunda istifadəçilər mobil tətbiqi yükləyir. Qeydiyyatdan keçdikdən sonra olduqları məkana yaxın ərazilərdə müxtəlif “Pokemon” növləri görür. İstifadəçi telefonunda internet və GPS (Location) funksiyaları açıq olmaqla xəritədə göstərilən Pokemonların yanına gedir, Pokemonları toplayır, xallar qazanır, oyunda müxtəlif səviyyələrə yüksəlir və s.

“Pokemon Go”nun özəlliyi “online oyun” “offline oyun” məvhumlarını birləşdirməsindədir. Yəni siz həm mobil telefonunuzda oyun oynayırsınız, həm də küçəyə çıxıb, 28 May metrosu tərəfə, Səməd Vurğun bağına, 28 Mall alış-veriş mərkəzinə gedirsiniz və qarşınıza çıxan Pokemon’ları toplayırsınız. Yəni real olaraq küçədə gəzirsiniz və eyni zamanda gözünüz ekranda olur, yaxınlıqdakı Pokemonları axtarırsınız.


// Pokemon Go haqda Samir Kərimovun maraqlı yazısı //

samir-karimov-pokemon-go-yukleme


1 həftəyə inanılmaz rekordlar!

Oyun 7 gün öncə yalnız ABŞ, Avstraliya və Yeni Zellandiyada istifadəyə verildi. Amma bu gün oyun  “qeyri-leqal” yüklənilməklə dünyanın 150dən çox ölkəsində, o cümlədən Azərbaycanda oynanılır.

SimilarWeb’in verdiyi məlumatlara görə, istifadəyə verildikdən 2 gün sonra “Pokemon Go” oyunu ABŞ-da Android telefonların 5,16%-nə yüklənib. 8 iyul tarixinə olan statistikaya görə, ABŞ-da android istifadəçilərinin 3,5%-i gündəlik Twitter istifadə edirsə, artıq 3%-i gündəlik Pokemon Go istifadə edir.

pokemon go azerbaycan

 

Statistikaya görə Pokemon Go tətbiqindən gündəlik istifadə müddəti artıq Whatsapp, Instagram, Messenger və Snapchat’dan daha çoxdur.

 

 

pokmon go oyun yuklemek

— — —

Google Trends’də hazırkı vəziyyət:

pokemon-go-baki-yukle

— — —

Twitter’də hazırkı vəziyyət:

Amerika

pokemon-go-usa-amerika

Avropa və Rusiya

pokemon-go-usa-amerika

Oyunun aktiv yayıldığı məkanlarda biznes sahibləri də faydalana biləcək. Hələ ki, oyunun biznes modeli tam bəlli olmasa da, istədiyiniz məkana Pokemon’lar sifariş etmək (Sponsored Pokemons) mümkün olacağı mətbuatda yayılıb. Bu da biznes sahiblərinin böyük kütlələri öz məkanlarına cəlb etməsi üçün yeni bir vasitə olacaq. Pokemon Go isə əlbəttə ki, bundan milyonlar, bəlkə də milyardlar qazanacaq. Mibil tətbiqdə payı olan Nintendo şirkətinin dəyəri qısa zazamda 7,5 milyard dollar artıb.

Bu oyunun populyarlığının qarşıdakı günlərdə, aylarda necə inkişaf edəcəyini demək çətindir, amma hazırkı durum göstərir ki, Pokemon Go bütün dünyada insanları oyun oynamaq üçün “evdən bayıra çıxarmaq” istəyir və buna ciddi surətdə nail olur.

Test üçün oyunu yüklədim. Ofisimiz Nizami küç, 203 ünvanında (AF Business House) yerləşdiyindən mobil tətbiq mənə Səməd Vurğun bağı, 28 Mall və 28 May metrosu ətrafında olan Pokemonları göstərdi.

pokemon go azerbaycan (1) pokemon go yuklemek (1) pokemon go yuklemek (4)

pokemon go azerbaycan (2) pokemon go yuklemek (5) pokemon go yuklemek (6)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma