Yoxa çıxmış inqilabçı Ernesto Çe Gevara

   Argentinalı siyasətçi və marksist-inqilabçı, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuş Ernesto Çe Gevara elə uşaqlıqdan radikal fikirləri ilə seçilirdi.

  Gevara çox yaxşı şahmat oynayırdı, elə bunun nəticəsidir ki, gənc 12 yaşından şahmat turnirlərində uğurla iştirak edirdi. Həyatının müxtəlif dövrlərində müxtəlif peşələrə maraq göstərirdi. Bir müddət şeir sənətinə meyl etdi, reqbi oyununa, daha sonra fotografiyaya…. Vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.

Gevara ispan və irland əsilli ailənin beş uşağından ən böyüyü idi. Doğum tarixi rəsmi sənədlərdə (şəhadətnamə) 14 iyun 1928-ci il kimi göstərilsə də, bəzi mənbələr bunun 14 may olduğunu söyləyirlər. Gevara astma xəstəliyindən əziyyət çəkirdi, amma buna baxmayaraq atletika ilə məşğul olurdu. O, 1948-ci ildə tibb təhsili almaq üçün Buenos-Ayres Universitetinə daxil olur. Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxdı. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif etdi. Qısa müddət sonra, “La Poderosa II” (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxdılar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Gevaranın bu səfərini izah etdiyi səyahət qeydləri “Notas da viaje” 2004-cü ildə “Diarios da motocicleta” (“Motosiklet gündəlikləri”) adı ilə kinoya uyğunlaşdırılmışdır. Gevara təhsilini fasilələrlə 1953-cü ildə bitirmişdir.

    1955-ci ildə Gevaranın həyatında təsadüfi tanışlıq olur. Meksikada olarkən dostu Niko Lopez onu həbsdən yeni çıxmış Fidel Kastro ilə tanış edir. Aralarındakı maraqlı söhbətdən sonra Gevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba diktatoru Fulxensio Batistanı devirmək üçün qurulan “26 İyul hərəkatı”na qatılır, bir sıra hərbi təlimlərdə iştirak edir. Yoldaşları arasında qazandığı hörmət nəticəsində Komandante olur. Bəziləri onu qəddar və qorxulu adam hesab edirdi.

Azens.az-ın məlumatına görə, Adındakı “Çe” hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, “ey”, “dost” və s. mənalarda işlənir.
    Gevara 1955-ci ildə Hilda Gadea adlı xanımla ailə həyatı qurur. Yeni yaradılan hökumət tərəfindən 7 fevralda Çe Gevara “doğuşdan Kuba vətəndaşı” elan edilir. Bir müddət sonra Meksikadan yola çıxmazdan əvvəl ayrıldığı Gadea ilə evliliyini rəsmi olaraq sona çatdırmaq üçün boşanma əməliyyatlarına başlayır. Qeyd edək ki, Gevaranın xanımdan Hilda Beatriz adlı qızı vardı. 2 iyun 1959-da “26 İyul hərəkatı”nın üzvü Aleyda Març ilə evlənir.

Gərgin mübarizədən sonra Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli bir vəzifəyə təyin olunur, həmçinin Kuba Mərkəzi Bankının sədri olur. 1960-cı ildə Gevara “La Coubre” silah gəmisinin partlaması zamanı qurbanlara kömək edir. Xilasetmə əməliyyatı sırasındakı ikinci partlayışla birlikdə ölənlərin sayı yüzü keçmişdi. Bu partlayışda ölənlərin cənazə mərasimində Alberto Korda Chenin məşhur fotoşəkilini çəkmişdir. Gevara daha sonra Sənaye naziri kimi Kubada sosializmin açıq və qəti bir hala gəlməsinə köməkçi olmuş, ölkənin qabaqda gələn kəsləri arasına girmişdir. “Partizan döyüşü” adlı kitabında silahlı başkaldırıya təşəbbüskar olacaq geniş təşkilatlara ehtiyac duymadan kiçik bir partizan qrupu tərəfindən başladılan Kuba modeli inqilab fikrinin təkrar edilməsini müdafiə etmişdir.

   1964-cü ildə Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka gedir. Bir sıra xəbər proqramlarında çıxış edir, görüşlər keçirilir. 14 Martda Kubaya döndüyündə Havana aerodromda Fidel və Raúl Kastro, Osvaldo Dorticós və Carlos Rafael Rodríguez tərəfindən sadə bir mərasimlə qarşılanır. Bu hadisədən iki həftə sonra Gevara cəmiyyət həyatından çəkilir və tamamilə ortadan itir. Kastrodan sonra gələn adam olaraq baxıldığı Kubada harada olduğu, 1965-ci ilin ən böyük sirrlərindən idi.

Gevaranın aqibəti ilə bağlı tam məlum faktlar yoxdur. Bəziləri Fidel Kastronun Gevaranın məşhurlaşmasından narahat olaraq onu təhdid kimi görməsi səbəb olaraq göstərir, bəziləri yaşadığı müvəffəqiyyətsizliklər səbəbindən getdiyini bildirirdilər.

Azens.az-ın məlumatına görə, dörd xarici jurnalistlə 1 noyabrda etdiyi görüşmə əsnasında Kastro Gevaranın harada olduğunu bildiyini amma açıqlamayacağını ifadə edərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətləri rədd etdi və Gevaranın sağlamlığının çox yaxşı olduğunu əlavə etdi. Kastronun sözlərinə baxmayaraq, 1965-ci ilin sonunda Gevaranın aqibəti bir sirr olaraq qaldı, hərəkətləri və harada olduğu iki il boyunca diqqətlə saxlanan bir sirr oldu. Daha sonra onun ayağından yaralandığı, əsir düşdüyü və gülləndiyi məlumatları yayıldı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma