Dünyanın ən məşhur və nüfuzlu mafiozları

Müasir dövrümüzdə müxtəlif cinayərkar qruplar mövcuddur. Bizə müasir görsənsə də, bu cür qruplar elə əvvəllər də fəaliyyət göstəriblər. Onların öz başçıları, liderləri, bossları olur.

“EuroNews” dünyanın ən əfsanəvi və nüfuzlu mafiozlarının siyahısını açıqlayıb.Onları sizə ardıcıllıqla təqdim edirik:

10. Vinsent Ciqante  (1928 – 2005)

Vinsent Ciqante 1957-ci ildə mafia lideri Frank Kostelloya sui-qəsd edir. Etdiyi sui-qəsdə görə 40 il həbs cəzası alan Vinsentə bu cəzanı verə bilmirlər. Vinsent öz aktyorluq qabiliyyətini göstərir. Gecə paltarında günlərlə küçələrdə gəzir, məhkəmədə məntiqdən kənar açıqlamalar edir. Nəticədə Almaniya məhkəməsi onun şizofreniya (ağır ruhi xəstəlik) xəstəsi olduğunu təsdiqləyir. 1981-ci ildən etibarən Cenoveze ailəsinə rəhbərlik etməyə başlayır. Cenoveze ailəsi Nyu-Yorkun beş mafioz ailəsində biri idi. 1997-ci ildə saxlanıldığı Springfield türməsində (Missuri ştatı) ürək tutulmasından vəfat edir.

 9. Eriberto Laskano   (1974 – 2012)

17 yaşında əsgərliyə gedən meksikalı Eriberto Laskano qayıtdıqdan sonra narkotik biznesinə başlayır. Öz ətrafı arasındakı ləqəbi “Palaçi” idi. Meksika prezidenti Filipp Kalderonun ən qorxduğu şəxslərdən idi, başçılıq etdiyi narkobiznes “Los Zetas” adı daşıyırdı. Hazırda Meksika və Şimali Amerika vətəndaşları Laskanonu ən ağıllı və heç vaxt qocalmayan mafioz adlandırırlar. Çünki onu etdiyi sui-qəsdlərlə yanaşı, etdiyi xilaslar da var.

8.  Alberto Anastaziya   (1902 – 1957)

Amerikanın ən böyük beş mafiasından birinin lideri idi. İki ləqəbə malik idi: “baş cəllad” və “dəli şlyapaçı”. Birinci ləqəbi ona “Qatillər Korporasiya” yaratdığı üçün verilmişdi. Laki Luçanonun tələbəsi idi, hansı ki, həmin dövrün ən nüfuzlu mafiozu idi.

 

7.  Cozef Bonanno   (1905 – 2002)

Tarixdə ən varlı mafiozdur. O, mafioz həyatından tez uzaqlaşmış və şəhərin kənarında boyük şəxsi malikanəsində yaşamışdır. Mafioz apardığı gizli cinayət əməliyyatları ilə dünyada məşhur idi. İtalyan mafiozları arasında baş verən Kastellamariz müharibəsi zamanı  “Bananlı Co” ləqəbi ilə o böyük mafia ailəsi yaradır, hansı ki, hazırda yenə ABŞ-da fəaliyyət göstərir.

 

6.  Meir Lanski   (1902 – 1983)

Meir Rusiya İmperiyasının ərazisi olan Qrodno şəhərində doğulmuşdur. Yəhudi əsilli Amerika cinayətkarıdır. ABŞ-da yeraltı dünyanın ən zəngin və ən güclü patronlarından biri olaraq, Florida və Las-Vegasda Fidel Kastro ilə böyük qumar şəbəkələrini idarə etmişdir. Onun ləqəbi “mafia mühasibi” idi. Narkotik qaçaqlığı, fahişəlik, qumardan qazandığı pulları gizlincə İsveçrə banklarına yatırdı. 1970-ci ildə Lanskinin ümumi sərvəti 300 milyon ABŞ dolları idi və elə həmin ili o, İsrailə qaçdı. İsraildə qalmaq icazəsi olmadığı üçün yenidən ABŞ-a qayıtmaq məcburiyyətində qaldı. 1973-cü ildə gəlir vergisindən saxlanılsa da, apelyasiya müraciətləri səbəbindən həbsdən xilas oldu. Digər günahlandırmalari isə xronik xəstəliyi səbəbində məhkəmədən qaldırıldı. Lanski 1983-cü ildə yaşadığı Mayami malikanəsinə ağciyər xəstəliyindən vəfat etdi, yəhudi adəti ilə basdırıldı.

 

5. Karlo Qambino   (1902 – 1976)

Qambino ailəsi beş ən böyük mafioz ailəsindən biridir. Qrupun rəhbəri isə lider Karlo Qambinodur. Ailə ABŞ-da ən çox cinayət törətmiş qrup heab edilir. Etdiyi cinayətlərə ramən 22 ay türmə olmuşdur  (1938-1939). O, 74 yaşında öz yatağında ürək tutmasından ölüb.

 

4.  Con Gotti   (1940 – 2002)

Con Gottinin ən məşhur xasiyyəti hər gün işə yeni. təptəzə paltar geyinməsi idi. “Elegant Con” ləqəbini ona hər gün dəbli kostyum və  bahali qalstuklar taxdığı üçün vermişdilər. Con 1985-1992-ci illərdə Qambino ailəsinə rəhbərlik etmişdir. 1973-cü ildə törətdiyi qətlə görə iki illik tutulmuşdur. 1990-2002-ci illərdə yenidən türməyə düşmüş və 2002-ci ildə boğaz xərçəngindən həbsxanada ölmüşdür.

 

3.  Pablo Eskobar   (1949 – 1993)

Ən rəhmsiz kolumbiyalı narkobaron. O, XX əsrin ən mərhəmətsiz cinayətkarı və ən böyük kakain ticarətinin lideridir. O, yüzlərlə polis, jurnalist, məhkəmə işçisi öldürmüşdür. 1989-cu ildə “Forbes”də onun ümumi sərvəti 15 milyard dollar göstərildi.  1991-ci ildə Eskobar tutularaq “La-Kafedral” adlı türməyə salınır, hansı ki. türmə xüsusi diskoteka. sauna, basseyn və futbol meydançasına malikdir. 1993-cü il 30 yanvar tarixində Pablo Eskobarın maşınına bomba qoyulur. Kitab mağazası yaxınlığında partlayış nəticəsində 21 insan ölür, 70 insan yaralanır.

 

2. Laki Luçano   (1897 – 1962)

Əslən Siciliyadan olan Luki Amerikada cinayət dünyasının rəhbəri idi. Əsl adı Çarlz idi. Düşmənləri onu döyüb, üzünü siqaretlə yandırıb, bədənini kəsib bağlayırlar dəmiryolu reysinə. Luki sağ çıxır. Bu hadisədən sonra onun “Luki” ləqəbi tərcümədə “bəxtəvər” mənasını verir. 1962-ci ildə o, sənədli filmə dəvət olunur və çəkiliş zamanı infarkt olur. Xəstəxanaya aparılarkən yolda həyatını itirir.

1. Al Kapone   (1899 – 1947)

Alfons Forello Kapone və ya Al Kapone — Çikaqoda 1920-1930-cu illərin ən məşhur qanqsteri. Qumar biznesi ilə məşğul olan qanqsteri  (Scarface)  “Çapıqlı Üz”  kimi də tanıyırdılar. Al Kapone həyatında 12 dəfə həbs olundu, 12 dəfə də maddi cərimə vasitəsilə azad edilib. 1919-cu ildə — bədən xəsarətləri yetirdiyinə görə; 1922-1923-cü illərdə vasitəçilik və qumara görə; 1924-cü ildə qəsdlə öldürmə hadisəsinə görə; 1925-ci ildə Nyu-Yorkda xuliqanlığa görə; 1926-cı ildə üç dəfə —hiylə, spirtli içki qaçaqmalçılığına və Çikaqoda baş vermiş ölüm hadisəsinə görə;  1927-ci ildə iki dəfə, İllinoys ştatında icazəsiz silah saxlamasına görə; 1929-cu ildə məhkəməyə üzrsüz gəlməməsi səbəbiylə.  Al Kaponenin başçılığı ilə Çikaqoda 14 il ərzində 700 qətl hadisəsi baş vermişdi, bunlardan 400-ü elə Kaponenin əmr ilə olmuşdu.   azens.az-ın məlumatına görə, Al Kapone 1934-cü ildə həbs olunaraq Atlantaya aparılır, bir müddət qaldıqdan sonra Alkatras adasında yerləşən “Skala” həbsxanasına köçürülür. O, həbsxanadan xəstə vəziyyətdə buraxılır və sonrakı həyatını Floridada öz şəxsi evində keçirir. 25 yanvar 1947-ci ildə o beyin infarktı və sətəlcəm (ağciyərin iltihabı)  xəstəliyindən vəfat edir. Onun cəsədi Floridadan Çikaqoya gətirilir. Axı Al-Kapone “Çikaqo Kralı”  idi.

 

Dünyanın ən məşhur və nüfuzlu mafiozları” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma