Azərbaycanda Atəşgah Tarix Muzeyi tikiləcək

“Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində Atəşgah Tarix Muzeyi tikiləcək. Bunu bazar ertəsi Trend-ə qoruğun direktoru Rəşid Babai deyib.

Onun sözlərinə görə, bu işlər “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunun təmiri layihəsinin tərkib hissələrindəndir.

Maydan qoruğun təmirinə başlanacaq. Təmir işləri dövlət büdcəsinin maliyyə vəsaitləri hesabına aparılacaq.

“Atəşgah məbədi”nin təmir olunmasının çox böyük layihə olduğunu deyən Babai bildirib ki, təmirdən sonra qoruqda çox böyük dəyişikliklər olacaq. Burada geniş abadlıq işləri aparılacaq, Atəşgah Tarix Muzeyi ilə yanaşı, ofis binası da tikiləcək. Eyni zamanda, turistlərin rahatlığını təmin etmək üçün burada kafe və dükanlar da açılacaq.

Təmir işlərinin 2-3 il ərzində aparılması nəzərdə tutulur.

Babainin sözlərinə görə, hazırda Nazirlər Kabineti qoruğun ərazisinin genişləndirilməsi məsələsinə baxır. Yaxın vaxtlarda bu məsələ ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Qoruq direktoru onu da əlavə edib ki, yaxın vaxtlarda qoruq ərazisində sırf Zərdüşt dininə aid ekspozisiya da açılacaq.

İstinad : Trend.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma