Bu da Eurovision mahnımız-AUDİO

Səbinə Babayeva “When the music dies” ifa edəcək

 

Azərbaycanın “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva “Bakı Kristal Zalı”nda “When the music dies” mahnısını ifa edəcək. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur.

İngilis dilində ifa olunacaq “Eurovision 2012” mahnımız lirik janrdadır. Mahnıda milli musiqimizlə sintez də var. “When the music dies” mahnısının müəllifləri Anders Bagge bu vaxtadək Madonna, Janet Jackson, Santana, J.Lo, Celine Dion, Enrique İqlesias kimi məşhur müğənnilər üçün mahnı yazıb və prodüserlik edib.

Johan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışıb. Sandra Bjurman və Stefan Örn isə Azərbaycanın “Eurovision 2011” təmsilçiləri Eldar və Nigarın qalib mahnısı “Running Scared”in müəllifləridir.

Səbinə Babayevanın “When the music dies” mahnısının rəsmi videosu martın 19-da təqdim ediləcək.


İstinad : Lent.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma