Amerika mediası Usamə bin Ladinin ABŞ prezidenti Barak Obamanı öldürməyi planlamış olduğunu yazır.

Sui-qəsd planlarının keçən il Bin Ladenin  evində, xüsusi Amerikan birlikləri basqını  zamanı öldürülməsindən sonra ələ keçirilən sənədlərdə iştirak etdiyi ifadə edilir.

Usamə bin Ladinin, köməkçilərindən, prezident Obama ilə General David Petraeus-u daşıyan təyyarəyə hücum planlamalarını istəmiş olduğu bildirilir. Bin Ladin, Obamanın öldürülməsinin ABŞ-ı böhrana soxacağını ve  vitse-prezident Bidenin “vəzifəsi boynuna götürmək üçün hazırlıqlı olmadığını” ifadə edir.

Xəbərdə, Bin Ladenin köməkçilərindən İlyas Kaşmiridən, hücum üçün hazırlıqlara başlanmasını istədiyi yazılır.

Kaşmir, Bin Ladenin öldürülməsindən bir ay sonra bir Amerikan hava hücumu zamanı öldürülmüşdü.

Usamə bin Ladin, 48 səhifəlik qeydlərində, Amerikan insansız təyyarələrinin davamlı hücumları üzündən, əl-Qaidə təşkilatının Pakistanın tayfa bölgələrindən uzaqlaşmasını da istəyir. Bin Laden əl-Qaidə təşkilatının adının dəyişdirilməsini düşündüyünü də yazır.

Xəbəri verən Vaşinqton Post qəzeti sözü gedən  mövzulu  sənədləri gördüyünü yazır. Amerika Birləşmiş Ştatlarında, rəhbərliyin 2011 Mayındakı basqın zamanı ələ keçirilən bütün sənədləri yayımlayacağı barədə verdiyi vədlər hələki təmin olunmayaraq qalır. Bin Ladenin evinə  təşkil edilən əməliyyat əsnasında dizüstü kompüterlər, kompüterlərin sabit diskləri və bloknotlarda ələ keçirilmişdi.

ABŞ mediası, kəşfiyyat səlahiyyətlilərinə istinadən, əl-Qaidə təşkilatının Amerikada belə bir hücum təşkil imkanlarına sahib olmadığını və bu istiqamətdə hər hansı bir hazırlığın qeydə alınmadığını bildirir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma