Rüşvət,hörmət yoxsa “dayday” ? P.s : Sorğuda suala cavab verə bilərsiniz.

Hmm..Rüşvət,hörmət yoxsa “dayday” ? Bu sual mənə nəsə maraqlı gəldi.Əslində yəqinki bu hamıya maraqlıdı.Amma mənə o cəhəti maraqlıdırki görəsən bunlar olmasaydı bizim axırımız necə olardı ? Gəlin mən sizə biraz öz fikrimdən yazım.

Rüşvət – Hər hansı bir işin qarşılığında edilir və ya sənə nəsə etməsinlər deyə verilir.Yəqinki hamınız yaxşı bilirsinizki bu bizim ölkəmizdə çox yayılıb.Hətta deyərdimki həddindən artıq çox.Görəsən bunun qarşısı alına bilərmi ? Hmm…Bax bu sualın cavabını heç özümdə cavablandıra bilmərəm🙂 . Rüşvət hər yerdədir.İnsan əlinin çata biləcəyi hər yerdə.Rüşvət Allahımıza qədər gedib çatsaydı insanlar arsız-arsız o rüşvətidə verərdilər.Adınıda qoyardılar hörmət.Daha nə biləsən ey insan övladıkı Allahın sənin O hörmətinə zərrə qədər hörməti yoxdur.Demirəmki olar amma deyirəmki gəlin təsəvvür edəkki rüşvət yoxdu və onda insanların həyatı necə ola bilər ?

Tələbələr – Ölkədəki tələbələrin 50 faizi və bəlkədə daha çox hissəsi imtahanlardan kəsilər.Bəziləri buna görə özünə intiharda edər.

Dövlət işçiləri – Çox hissəsi özlərini və ailələrini dolandıra bilməz ,oğurluq edər və bəlkədə ölkəni tərk edər.

Özəl firmalar – Rüşvət olmadığı üçün məcburi qanuni yolla məhsulu və ya hər hansı xidməti “dövlər rüsumu”-na uyğun olaraq həyata keçirməli olar və bu zaman bir çox şirkətlər bağlanmağa və ya bir çox işçinin işdən kənarlaşdırılmasına gətirib çıxarar.

Belə yazmaqla bir çox sahədəki sakinlərdən danışmaq olar…

Bəs bundan sonra nə olar ?

Məncə elə bundan sonra hər şeyin dadı hiss olunmağa başlayar :) Cəmiyyətin ziyanvericiləri məhv olduqdan sonra hamı özünə gələ bilər.Bu rüşvətin yox olması prosesi ən azı 1 il davam etsə ölkə əhalisi ən azı 1 milyon azalar amma bundan sonra hamı “adam” kimi yaşamaq lazım olduğunu anlayar.

Tələbələr – Qiymət almaq üçün oxumağa məcbur olar.

Dövlət işçiləri – Maaşlarının artırılmasını tələb edər və maaşın yüksəlişi nəticəsində ailəsini saxlaya bilər.

Özəl firmalar – Qeyri qanuni hərəkət etdikdə cəzalandırılacaqlarını bildikləri üçün qanuni yolla fəaliyyət göstərər.

Hmm…Düzdü mən buna müəyyən qədər inanıram.Axı hansı hakimiyyət istərki rüşvət bu qədər qabarıq olsun.

Bəs deyərsinizki niyə dayday-dan danışmadın. Daydaylarda rüşvətin yaratdığı əlaltılardılar.Əgər rüşvət olmasa əlaltıda olmaz🙂

İndi isə gəlin bir sorğu keçirək.Düşündüyünüz cavabı versəniz pis olmazdı…

Reklam :

www.bakuosc.comBaku Online Shopping Center

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma