Mənim ikinci üzüm- P.S:Bu üz məndə deyil :))

Mənim ikinci üzüm deyəndə yəqinki siz nəhayət anladınızki mən iki üzlüyəm ))).Bunu deməkdən utanmıram.Nə üçün utanım axı?…İki üzlü bir insanın həyatı necə olur görəsən?Yəqinki çox maraqlı olur…Mənim 2-ci üzümü görmək çoxda çətin deyil.Lakin siz anlamayacaqsınızki bu mənim hansı üzümdür.Axı necə anlayasınız?Üzümün üzərində 1 və ya 2 deyə qeydlər aparmamışamki )).Nəisə…Demək olarki hamı mənim 2-ci yəni saxta üzümü görüb və hal-hazırda görür.Deyəcəksinizki 2-ci üz necə olur?2-ci üz deyib-gülən olur,yaxın insan olur,bir sözlə qardaş olur ))).Hamı ilə ünsiyyət qurur,zəhləsi gedən insana belə çox əla münasibət göstərir.Amma üzrə belə görünür.Düşüncələrdə tamam başqa olur.Nifrət və kinlə dolu bir qəlbi olur.Mənim qəlbimdə nifrət və kinlə doludur.Hərdən payda verə bilirəm ))).Təsəvvür edinki hər səhər yuxudan durursan və müəyyən yerə gedirsən.Məsələn işə..Qarşına çıxan insan “nifrət və qeyrət” siyahına düşən insanlardan biridi.Amma sən onunla elə görüşməlisənki səviyyəni qoruyasan.Bir sözlə onunla qardaş olasan ))).Gəlib nəsə tapşırıq verəndə gülərək oldu deməyi bacarmalısan.Daxilən isə ona qarşı kin bəsləməlisən.Nə qədər gözəl hisslərdi fikir verirsinizmi? ))).Günün sonu gəlir.Sən müəyyən qədər 2-ci üzü silməyə başlayırsanki 1-ci üz geri qayıtsın.1-ci üz geri  qayıdanda gün boyu içində saxladığın kini və kədəri yaxın bildiyin insanlardan biri ilə bölüşürsən və müəyyən qədər rahatlıq tapırsan.Onuda deyimki 2 üzlüdə yaxın bildiyi dost çox az olur və yaxın bildiyi şəxsdən səhv hərəkət tutduqda onu bağışlamır.Artıq o yaxın insanla söhbətlərdədə 2-ci üz hiss olunmağa başlayır və vaxt keçdikdə o “yaxın insan”-a qarşıda “nifrət və qeyrət ” siyasəti aparılmağa başlanır.2 üzlü sevgisinidə heç üzə çıxarmır.Qorxurki qarşısındakına alışa bilər və bu 2-ci üz silinə bilər.2 üzlü isə bunu istəmir…Amma nədə olsa sonda öz həqiqi üzünə qayıtmaq istəyir düşüncələri dərinliklərində…Lakin birinci addımı atıb özünü “alçaltmaq” istəmir.Onun düşüncəsinə görə 1-ci addım həmişə alçaldıcıdır.Yəqinki buna səbəbləri var…Sonda isə sizə bir sirr açım…2 üzlünün həqiqətən 2 üzlü olduğunu və sizinlə hansı üzü ilə ünsiyyət qurduğunu bilmək üçün onun gözlərinə diqqətlə baxın.Bu çox vaxt kömək olur.Əgər o sizi diqqətlə dinləmirsə və sizin gözünüz tərəfə baxmırsa deməli artıq bu 2-ci üzdür )) Buna təminat verə bilərəm.Mən elə üzlərə çox rast gəlirəm..Güzgüyə baxandada arada qarşıma çıxır ))).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma