Ağ atlı şahzadə və ya Ag rəngli Bently ))və ya 3 manatlıq həyat

İlk olaraq demək istəyirəmki mənim yazılarımda nöqtə-vergül səhvi tapmağa çalışmayın.Axtarsanız çox tapacaqsınız. ))

Yazacağım çoxlarının ürəyincə olmaya bilər.Çox faizidə qızları əhatə edə bilər.3manatlıq həyatdan başlayım.Təsəvvür etki hər səhər 3 manat pulla yola çıxırsan və bununla günlük tələbatını ödəməlisən.Deyə bilərsinizki çoxları bunuda tapa bilmir…Çoxları yeri gəldikdə heç özünüdə tapa bilmir.Nə olsunki..Gün başlayır.Siqaret alırsan,yol pulu,işə gedirsən,günorta yemək pulu və cibdə pul bitir.Axı sevgi qıraqda qaldı )).Deyəcəksinizki sevginin 3 manata nə dəxli var.VAR.Cibdə pul bitir və sən sevgilinlə görüşməlisən.Bu halda özünü necə hiss edərsən?Əlbətdəki bərbad halda.Deyəcəyim odurki belə pulla günü keçirmək olsada sevgini bununla birlikdə həyata keçirmək alınmaz.Ola bilərki sevdiyiniz qız sizdən maddi heçnə gözləmədiyini deyir.Əlbətdəki belə ola bilər.Amma unutmaq lazım deyilki sonda hər şey pula gəlib çıxır.Sevgili olduğunuz dövrdə belə dövran etmək olar.Lakin hər bir qız sevgisini aldığı kimi maddi cəhətdəndə yaxşı yaşamaq istəyir.Fikir ciddi olsa sonda evlilik olur.Burada artıq pul çoooox vacibdi.Elə bu zamanda mübahisələr başlayır.Sevgi düşərgəsi maddi düşərgəyə çevrilir ))).O zaman oğlan sevdiyinin onu artıq sevmədiyini və ya sevgisinin azaldığını düşünür.Artıq vaxtilə “mən səni sevirəm özünə görə puluna görə yox” deyən həyat ortağı artıq fikrini müəyyən dərəcədə dəyişmiş olur.Bu zamanda sevgi yavaş-yavaş ölür…

Amma 2-ci variantda  var.Çox əla işləyən bir sistemi xatırladır.Sevdiyin qız sənin Range Rover-ini (Rəngli Rover J ) ,Bently-ni və ya digər bahalı və səndəndə səviyyəli maşınını görür.Bu an qızın qəlbində ürək və beynində “lampa” yanmağa başlayır.Necə deyərlər oğlan tərəfindən “fint-mint risofka” və bitdi.Qız artıq səninlədir.1 aya nişan 2 aya toy.Oldular xoşbəxt J)) Dəmir parçasının verdiyi “gözəl sevgi”.Onların dilindən “sevgi” sözü düşən deyil bu annan etibarən.Görün necədə bir-birisini sevirlər )).Daha çox yazmayım.Yetərincə qıcıqlandırıcı yazdım məncə.Birazda yazsam artıq özümü saxlaya bilməyəcimdən qorxuram.Sonda bir suala cavab məni hər zaman düşündürür:Mənim sevgim niyə ucuz qiymətə getdi görəsən? Adi bir Audi A6 sevgimi apardı.O axı çoxda bahalı deyil )).İndi gərək məndə maşının sevgiyə apardığı yolla gedim.İlk olaraq sürücülük vəsiqəsi,sonra kiçik bir maşın.Yavaş-yavaş inkişaf…Hardasa 10 ilə bir Bently və oluram əsl Məcnun )))O zamanda yəqinki məndə kiminsə sevgisini bir dəmir parçasına ala biləcəm və oda mənim indi yazdığım çoxda məna kəsb etməyən yazılardan birini yazacaq ))).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma