Debüt: Facebook

Heç fikirləşmisinizmi saatlarla qabağında oturduğunuz Facebook bir kompaniya olaraq nə qədər dəyəri var?Yaxud da necə və nə qədər pul qazanırki, 500 milyondan artıq istifadəçisini belə rahat yerləşdirir və yüksək xidmət göstərir?

Xatırlatmaq istərdim ki, Facebook hələ ki, açıq tipli səhmdar cəmiyyət deyil, və kompaniyanın hissələri texnologiya bazarında alınıb satıla bilməz.  Bəs belə halda bu kompaniyaya necə olur ki, milyardlarla dəyər verilir. Bunu biz bu kompaniyaya böyük şirkətlər tərəfindən qoyulan investisiyalardan və  “özəl ikinci bazar”da (private secondary market)  baş verən əməliyyatlardan öyrənə bilərik.

Oktyarbın 24-ü, 2007-ci ildə Mikrosoft Facebookun 1.6%-nə 240 milyon dollar verdi, və buda avtomatik olaraq Facebookun dəyərinin, yəni bazar kapitalizasiyasını 15 milyard dollara qaldırdı. 2009-cu ilin əvvəlində Rusiyanın texnologiya investisiya kompaniyası, Digital Sky Technologies(DST),  Facebooka 200 milyon dollar pul yatıraraq, bu kompaniyanın 1.96%-ni əldə etdi. Nəzərinizə çatdırım ki, DST-nin mail.ru və odnoklassniki.ru kimi digər sosial şəbəkə saytlarında payı var. Beləliklə, Facebookun hissə sənədinin dəyərinin təxminən 22 dollar, ümumi bazar qiymətinin(*1) isə 10 milyard dollara yaxın olduğunu aydın oldu.

Qeyd etmək istərdim ki, bir kompaniyanın bazar qiyməti(kapitalizasiyası) onun bir hissə sənədinin dəyəri və onun hissə sənədinin sayına vurulmasından ortaya çıxır. Facebookun bir hissə sənədinin dəyəri hal hazırda 76 ABŞ dollarıdır, və təxminən 443 milyon hissə sənədi var. Bu da kompaniyanın 33.7 milyard dollar kapitalizasiyası olduğunu göstərir.

Facebookun bügunkü dəyəri Ebay ve Yahoo kimi açıq tipli səhmdar texnologiya əjdahalarının dəyərindən çoxdur. Hal hazırda Ebayin bazar kapitalizasiyasi 30.1 milyar dollar, Yahoonunki isə 18.3 milyard dllar təşkil edir. Nəzərinizə çatdırım ki 2006-cı ilin yay aylarında Yahoo Facebooku 1 milyard dollara almaq istəyirdi, amma Facebookun qurucusu Mark Zucekrberg bu təklifə razı olmamışdı.

Facebookun pul qazanmaq metodlarına gəldikdə isə bunlar reklamlar, virtual hədiyyələr, və virtual oyunlardan(Farmville, Mafiawars, poker) ibarətdir. Bəzilərimizə gülməli gələ bilər, amma heç kim ağlına gətirə bilməzdi ki, bir gün telefon zənglərindən(ringtone) qazanc əldə etmək olar. Bundan başqa da, xəbəriniz varıydımı ki, Facebook bizim şəxsi məlumatlarımızı marketer və reklamçılara pulla satır? Bizim sevdiyimiz kitablar, filmlər, musiqilər və yaxud da hər hansı bir özəl məlumat marketer və reklamçılar üçün qızıldan qiymətlidir, çünki bu məlumatları başqa heç bir yerdə belə asan əldə etmək olmazş Öz profilinizdən götürülmüş məlumata uyğun reklamlar saytın sağ hissəsində qarşınıza çıxsa təəccüblənməyin.

Facebook özəl kompaniya olduğu üçün öz gəlirlərini heç kimlə bölüşmür və gizli saxlayır. Bu səbəbdən də biz bu məlumatı ancağ texnologiya sənayesində çalışan ekspert rəylərindən və yaxud müxtəlif araşdırmalardan təxmin edə bilərik. Facebook 2004-cü ildə işıq üzü görüb, və bugünə kimi də həm istifadəçi sayı çoxalıb, həm də gəlirləri ildən-ilə artıb. Kompaniya 2006-cı ildə 52 milyon, 2007-ci ildə 150 milyon, 2008 ci ildə isə təxminən 280 milyon gəlir əldə edib. 2009-cu ildə kompaniya təxminən 700 milyon dollar gəlirlə ili başa vurub. Hesablamalara görə kompaniya 2010-ci ilin sonuna 1 milyard və yaxud 1 milyarddan bir az artıq gəlir qazanacaq.

2002-ci ildə Google Adwords reklam axtarış sistemini və “cost-per-click”(*2) qiymətləndirmə modelini  tanıtdıqdan sonra illik gəliri 347.8 milyon dollara qalxdı. Növbəti il gəlirlər 962 milyon dollara yüksəldi. 2009-cu ildə isə Google 24 milyard dollar gəlirlə ili başa vurdu. Facebook da bu gedişlə heç Google-dan geridə qalmayacaq. Əgər Facebook bugün ictimaiyyətə, yəni bazara açılsa, indiyə kimi 2004-cü ildə texnologiya sənayesində ən böyük açıq tipli səhmdar cəmiyyət kimi açılan Google-un 1.6 milyard dollar rekordunu keçərək 33.7 milyard dəyərə malik olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma