Bloqosfer forumundan birbaşa..

Salam.Hal hazırda Bloqosfer formunda iştirak edirəm və maraqlı mövzular ətrafında müzakirələr gedir..Saat 13-53-ü göstərir..Ümumilikdə 8 mövzu müzakirə olunacaq.Bu vaxt ərzində 4 mözvu müzakirə olunub və 5-ci mövzuda müzakirə olunur.Mövzular bunlardır..

1.Bloger jurnalistdir ya yox

2.Bloqlar və reklam

3.Bloqçuların etik normaları və dezinformasiya

4.Bloq fəaliyyətinin davamsızlığı

5.Regionlarda bloqçuluq

Hal-hazırda 5-ci mövzu müzakirə olurur..Bu vaxt ərzində mən sizə digər bir maraqlı bir şeyi deyim.Mövzular müzakirə olunduqdan sonra iştirakçıların hazırladığı təqdimatlar olacaq..Bu təqdimatlar Barcamp növündə olacaq.Bəzi maraqlı mövzular nəzərinizə çatdırım:

1.Blogerlərin şəbəkə saytı  15-00

2.Sosial media və marketinq  15-30

3.Qrup bloqinqin faydası  16-00

4.İdeyalar paylayıram  16-30

Bunlar mənim maraqlı bildiyim və seçdiyim təqdimatlardırki mən onlarda iştirak edəcəm..Mövzuların qarşısında isə onların keçirilmə vaxtı qeyd olunub.

Hələlik bu qədər…Yenədə nəsə gözləyin…

Yenədə salam.Axşamınız xeyirli olsun.İndi mən Bakıdayam..Evə yenicə gəldim və başladım yazmağa.İndi saat 00-15-i göstərir.Gec gəlməyimizin səbəbi isə 2-ci avtobusu 1 saat gözləməyimizdir.Məndə ancaq 2-ci avtobusla gələ bildim.Yuxarıda iştirakçıların hazırladıqları təqdimatların mövzusunun bəzisini qeyd etmişdir.5-ci mövzuya qədər dedim.İndi isə başlayım 6-cı mövzudan.

6.Bloqlarda  Azərbaycan dili problemi

7.Multimedianın bloqlarda istifadəsi.

Mövzular təxmini belə idi.İştirakçılar səsvermə yolu ilə öz fikirlərini bildirirdilər.Bir kağız parçası və üzərində 8 ədəd yer.Hər yerin qarşısında razıyam , razı deyiləm yazısı vardı.İştirakçı bunun vasitəsi ilə mövzuya öz fikrini bildirirdi.Bundan əlavə mövzular müzakirə olunduğu zaman iştirakçıların suallarıda təqdimat edən digər iştirakçılar tərəfindən cavablandırılırdı.Amma burada gözümə bir səhv dəydi.Kağızda 8 ədəd yer vardı və  yuxarıya baxsanız görərsinizki məndə 8 mövzunun olduğunu qeyd etmişdir..Amma əslində 7 mövzu olum.8-ci isə elə-belə səhvliklə yazılıb.Bu hal bir iştirakçı kimi kiçik bir səhv olsada xoşuma gəlmədi.Digər bir xoşuma gəlməyən hala diqqət yetirim.2-ci hissədə iştirakçılar Barcamp növündə təqdimatlar etdilər.Yuxarıda bəzi mövzuları qeyd etmişəm.Amma nahar yeməyinə görə forumun gedişatı ilk olaraq 30 dəqiqə daha sonra isə 60 dəqiqə dayandırıldı.Sonda bu bizlərin oranı gec tərk etməsinə və avtobusu 1-ci avtobusdan sonra 1 saat əlavə gözləməmizə səbəb oldu.İstirahət və azadlıq cəhətindən baxsaq bu forum çox gözəl idi.İştirakçılarda kifayət qədər intellektual insanlar idi.Fikir bölüşməkdə problem yaşanmırdı.Bir sözlə əsl lazımlı vaxtında yerinə yetirilən bir forum oldu…

Bu qədər..Sonda bütün bu forumu təşkil edənlərə təşəkkürümü bildirirəm.Qeyd etdiyim kiçik xoşagəlməz hadisələrsə bir çox bu tipli yerlərdə olur və bundanda pis vəziyyətlərə düşür..Bütün blogerlərə uğurlar…

P.S:Birdə onuda deyimki sevinirəmki dial up internetdən istifadə edirəm.Dəyəcəksiniz niyə? Bloqosferdə WiFi internet olsada məndə olan sürətə belə çata bilmirdi.:)

Bloqosfer forumundan birbaşa..” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma