Hard xəbərlər

Apple şirkəti MacBookPro seriyasından yeni model noutbuklar təqdim edib.

Dəyişiklər sözügedən seriyanın bütün modellərinə şamil olunub.

Yeni noutbuklar əvvəlkilərdən daha məhsuldar Intel prosessorları, gələcək nəsil Nvidia qrafik sistemlərinin istifadəsi və artırılmış avtonom iş rejimi ilə fərqlənəcək. Bütün modellərin dörd qiqabayt həcmli operativ yaddaşla təchiz olunacağı nəzərdə tutulur.

Yeni portativ kompüterləri fərqləndirən əsas xüsusiyyətlər 15 və 17 düym ekranlı modellərdə ikili qrafik sistemin istifadə olunmasıdır. Apple-nin Nvidia Ion 2 sistemini xatırladan öz texnologiyası kompüterə Nvidia diskret videokartı və quraşdırılmış Intel HD qrafikası arasında avtomatik keçid imkanı verir ki, belə vəziyyətdə avtonom iş rejimi müddəti xeyli artır.

MacBookPro xəttinin 13,3 düym diaqonallı kiçik modelləri 2,4 və ya 2,66 qiqahers tezlikli Intel Core 2 Duo prosessoru bazasında işləyir, eləcə də 250 və 320 qiqabayt həcmli sərt disklə təchiz olunurlar. Birinci model alıcılara 1199 ABŞ dollarına, daha sürətli prosessor və irihəcmli sərt disklə təmin edilmiş digər model isə 1499 dollara başa gələcək.

Bu noutbukların Nvidia GeForce 320M quraşdırılmış qrafik sistemlə təchiz olunması nəticəsində sistem göstəricilərini bundan əvvəlki MacBook xətti ilə müqayisədə 80 faiz yaxşılaşdırmaq mümkün olub. Noutbukların avtonom iş müddəti isə 8 saatdan 10 saatadək artırılıb.

15 düym ekranlı üç modeldə 2,4 və 2,53 qiqahers tezlikli yeni Intel Core i5 istehsalat xəttinin, eləcə də 2,66 qiqahersli Core i7 prosessorları quraşdırılıb. Kiçik modeldə 320 qiqabayt, daha iri modellərdə isə 500 qiqabayt həcmli sərt disk istifadə olunacaq. Onların qiyməti 1799 və 2199 dollar olacaq.

Yenilənmiş seriyanın 17 düym ekranlı yeganə noutbuku 2,53 qiqahers tezlikli Core i5 prosessoru, 500 qiqabaytlıq sərt disk və 512 meqabayt həcmli diskret kartı olan ikili qrafik sistemlə təchiz olunacaq. Onun qiyməti isə 2299 dollar təşkil edir. 15 və 17 düymlü portativ kompüterlərin iş müddəti 7 saat işləyən əvvəlki modellərlə müqayisədə 8-9 saata kimi artırılıb.

***********************************

Operatorlar Google şirkətini trafik haqqını ödəməyə məcbur etmək istəyir.

İnkişaf etmiş ölkələrdə bütün iri telekommunikasiya operatorları şəbəkədə video və multimedianın populyarlığının artması hesabına trafik həcminin genişlənməsi ilə qarşılaşmaq məcburiyyətində qalır. Demək olar ki, bütün şirkətlər onların şəbəkələrinin həddindən artıq yüklənilmiş rejimdə işləməsini və ya bu şəbəkələrin daim müasirləşdirilməsi və genişləndirilməsinə xeyli vəsait ayrıldığını qeyd edirlər. Şəbəkələrin müasirləşdirilməsi məqsədilə vəsait axtarışında olan şirkətlər son zamanlar tez-tez internetin əsas “trafik generatorunun”, yəni Google şirkəti və onun onlayn-layihələrinin adını çəkirlər.
Cybersecurity-nin məlumatına görə, Telefonica, France Telecom və Deutsche Telekom operatorları bəyan ediblər ki, Google, onun üçün pulsuz verilən trafik həcminin haqqını ödəməlidir. Operatorlar hesab edirlər ki, YouTobe kimi saytlar çox iri trafik həcmi generasiya edir və genişzolaqlı qoşulma sayının artması bu problemi yalnız kəskinləşdirir.

“Baş verənləri istənilən iqtisadi nöqteyi-nəzərdən tamamilə qeyri-normal adlandırmaq olar. Google bizim şəbəkələri buna görə heç bir vəsait ödəmədən istifadə edir”, – deyə France Telecom şirkətinin icraçı direktoru Stefan Rişar qeyd edib.

Daim artmaqda olan mobil trafik tendensiyası da operatorların vəziyyətinə nikbinlik gətirmir. Şirkətlərin heç də hər biri bu cür trafik həcminin tələblərini ödəyə bilmir. Bundan əlavə, Android əməliyyat sisteminin Google-in pulsuz servislərinə birbaşa çıxış etməsi və bunun nəticəsində ƏS-in populyarlığının artması ümumi vəziyyət üçün daha da pisdir.

Arbor Networks şirkətinin analitiki Kreyq Leybovisin fikrincə, bu gün telekommunikasiya operatorlarının Google şirkətinə hər hansı bir təsir göstərmək üçün internet arxitekturasının tam açıq olmasına görə demək olar ki, heç bir vasitələri yoxdur.

K. Leybovis qeyd edib ki, operatorlar prinsip etibarı ilə Google saytlarına daxilolma sürətini azalda bilər, lakin bu addım ilk növbədə elə onların istifadəçilərinə neqativ təsir göstərəcək. “Vəziyyətin bu cür olmasına görə operatorların özləri qismən günahkardır. Tam limitsiz çıxış haqqında müqavilə imzalayarkən onlar bilməli idilər ki, kiçik aylıq məbləğ əvəzinə iri həcmli məlumatlar təqdim etməli olacaqlar”, – analitik bildirib.

******************************************

ADSL modeminizi özünüz qurmaq istəyirsinizmi?

Aşağıdakı linkdən dərsliyi kompüterinizə yükləyib dərsliyə baxa bilərsiniz. Qeyd edək ki dərslik Dlink modemi üzərində hazırlanıb.

Yüklə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma