Subaru Impreza STI modelini daha mükəməll edib

Subaru

Subaru yapon avtoistehsalçısı və Cosworth ingilis mühəndiz firması Subaru Impreza STI CS400 modelinin virtual təqdimatını keçirib. Model hər iki şirkətin mütəxəssislərinin birgə səyləri ilə işlənərək hazırlanıb.Beş qapılı heçbek Subaru Impreza STI CS400 modeli Cosworth mütəxəssisləri tərəfindən gücü 300- dən 400 a.g. qaldırılmış turbo variantlı mühərriklə təchiz edilib. Avtomobil sıfırdan ilk ″yüzlüyə″ 3,7 saniyəyə sürətlənir.Bu göstəriciyə görə o,Avropada populyar xeçbek Ford Focus- u üstələyir və Lamborghini Gallardo LP560-4 İtaliya superkarından geri qalmır. Yeni avtomobilin maksimal sürəti elektronika vasitəsilə 250 km/saat hədd qoyulub.Avtomobildə çox güclü əyləc sistemi sürücünün və sərnişinlərin təhlükəsizliyini təmin edir. Bu sistemin hazırlanmasında 1001 güclü Bugatti Veyron superkarın əyləc sisteminin müəllifləri AP Racing şirkəti mütəxəssisləri iştirak edib.
Subaru Impreza STI CS400 modelinin xarici görünüşü standart heçbekdən yeni ön bamper, duman əleyhinə fənərlər, idman üslublu radiator çəpəri, fərqli arxa spoyler və həmçinin 18 düymlük yeni yüngül xəlitəli diskləri ilə seçilir. Avtomobilinn salonunda Recaro oturacaqları bərkidilib, mərkəzi konsolun üzərinə isə qara lak çəkilib.
Yeni avtomobil cəmi 75 ədəd hazırlanacaq. İstisnasız olaraq onların hamısında sükan sağ tərəfli olacaq. Böyük Britaniya bazarına avtomobil £50 000 qiymət ətrafında çıxarılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma