Dünyanın ən xoşbəxt ölkələri – 2008

ABŞ-ın «World Value Survey» (WVS) fondunun apardığı «Dünyanın ən xoşbəxt ölkələri – 2008» sosial tədqiqatın nəticələri açıqlanıb.

«APA-ECONOMICS»in məlumatına görə, aparılan tədqiqatın nəticlərinə əsasən, dünyanın ən xoşbəxt ölkəsi Danimarkadır. Belə ki, bu ölkədə öz həyatlarından razı olan əhalinin sayı ilbəil artır. Fondun ekspertləri Danimarkada əhalinin xoşbəxt olmasını bu ölkənin sülhsevər və zəngin olması ilə əlaqələndirir. Bu ölkədə xoşbəxtlik indeksi 4,24 təşkil edib. Bundan başqa, ABŞ-ın «Forbes» jurnalı Danimarkanı biznesin aparılması üçün ən yaxşı ölkə kimi qiymətləndirib. Belə ki, burada inflyasiyanın və vergilərin aşağı səviyyədə, təhsil və texnologiyanın inkişafı isə yüksək səviyyədədir.


WVS fondunun ekspertlərinin fikrincə, ölkələrdə xoşbəxtliyin əsas faktoru orada yaşayan əhalinin həyat tərzinin seçimində azad olmasıdır. Lakin inkişafda olan ölkələr üçün əhalinin maddi durumu daha vacibdir – əhalinin rifahı nə qədər yüksək olarsa, xoşbəxtliyin səviyyəsi də o qədər yüksək olacaq. Dünyanın ən varlı demokratik ölkəsi olan ABŞ isə reytinqdə 16-cı yeri tutub. ABŞ reytinqdə Kanada, İsveç, Salvador və Yeni Zelandiya kimi ölkələrdən sonra qərarlaşıb. Lakin Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələri qabaqlayıb.
MDB-yə daxil olan ölkələrin çoxu reytinqin aşağı hissəsində qərarlaşıb. Postsovet məkanında xoşbəxt əhali yalnız Azərbaycan (0,13) və Qırğızıstanda (1,59) müşahidə olunub. Rusiya isə reytinqdə xoşbəxtliyin mənfi səviyyəsi ilə 88-ci yeri tutub (-1,01).
Yaxın Şərqdə isə ən xoşbəxt ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkə siyahıda 26-cı yeri tutub. Belə ki, bu ölkənin əhalisi İsrail və İordaniya əhalisindən daha xoşbəxtdir. Asiyaya gəldikdə isə, burada ən xoşbəxt Sinqapur və Vyetnam kimi ölkələri qabaqlayaraq Tailand olub (27-ci yer).
Qeyd edək ki, WVS 1981-ci ildən analoji sorğular keçirir və sorğuların nəticələrinə görə, dünyada xoşbəxtliyin səviyyəsi ilbəil artır. Ötən il dünyada xoşbəxtliyin səviyyəsini bilmək üçün WVS fondu 97 ölkədə 350 min nəfər arasında sorğu aparıb. Respondentlər «Özünüzü nə qədər xoşbəxt hiss edirsiniz» və «Hazırkı vaxtda yaşayışınız sizi qane edirmi» suallarını cavablandırıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma