Krizis Notebook-lara təsir etmir

sony-vaio-cr-notebooks

Netbuk adlandırılan aşağı qiymətli kiçik noutbukların satış bazarında, hətta maliyyə böhranına baxmayaraq yüksək artım müşahidə olunur. DisplaySearch tədqiqat şirkətinin məlumatına görə, 2008-ci ilin üçüncü rübündə dünya netbuk bazarı kəmiyyət baxımdan 5,61 milyon satılmış məhsul səviyyəsinə çatıb. Rüblük artım isə 160% təşkil edib.

Ekspertlərin rəylərinə əsasən mini-noutbuklar bazarının lideri Acer şirkəti və onun Aspire One istehsalat xətti olub. Belə ki, bazarın 38,3% məhz bu şirkətin payına düşür. Acer-dən sonra liderlər sırasında 30,3%-lə Asustek Computer və onun EeePC modeli yer alıb.

Analitiklərin proqnozlarında qeyd olunur ki, cari ilin yekunları üzrə dünyada 14 milyon netbuk satılacaq. Müqayisə üçün qeyd edək ki, ötən il 1 milyondan bir qədər çox netbuk satılmışdır.

DisplaySearch-in mütəxəssisləri hesab edirlər ki alıcılar bir neçə vacib faktora üstünlük verirlər. Birincisi, bu, netbukların yığcamlığıdır ki, belə vəziyyətdə tam funksiyalı kompüter sözün əsl mənasında ovuclarda yerləşir. İkinci faktor netbukların müasir simsiz şəbəkələri dəstəkləmələridir ki, nəticədə bu qurğuları daha universal hesab etmək olar. Və nəhayət üçüncüsü – netbukların gücü az olsa da, onlar olduqca ucuzdurlar. Bu isə hazırkı iqtisadi durumda çox vacib məsələdir. Bu barədə Cybersecurity, yazır.

Analitiklərin ilkin proqnozlarına əsasən isə 2011-ci ilə kimi bütöv kompüter bazarının 16% məhz netbukların payına düzəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma