Azərbaycan Parlamenti Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb

Azərbaycan Parlamenti cümə günü ölkə Konstitusiyasına dəyişikliklər edib.
Parlamentin keçirilən iclasında Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum aktını müzakirə edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda «Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını» qəbul edərək, onu Parlamentin iclasına təqdim edib.
Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101-ci maddənin 5-ci bəndini çıxarıb. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçısı postuna ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməzdi.
Onun əvəzinə, ölkə tərəfindən hərbi əməliyyatlar aparıldığı təqdirdə, prezident seçilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.
Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 – ci ildə qəbul olunub, 2002 – ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.
Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə — əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administarsiyası adlandırılması ilə bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).
AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Parlamenti Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb” üzərinə 2 şərh

  1. journaleast

    Heç nə anlamadım, indi kansitusiyada dəyişiklik olundu yoxsa referendum keçirilməsi haqda qərar qəbul olundu ?? özün də yazmisan nə Prezident nə də parlament kanstitusiyada dəyişiklik edə bilməz ! Yoxsa bu ad sadəcə diqqət çəkmək üçün idi ?

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma