Hamann BMW X5-i təqdim edir

Yolları çoxlu avtomobillər bürüyüb, amma onların arasında cəmi bir lider var. O, bir an içərisində əvvəlki liderin yerini tutub və getdikcə mövqeyini daha da gücləndirməkdədir. Onun bir çox rəqibləri olsa da, hələlik ona layiqli əvəz tapmaq çətindir. 4,8 litr həcmli mühərriki olan BMW X5 şəksiz üstünlüklərə malik olsa da, sayıqlığını itirməməlidir, çünki rəqibləri dərhal onu haqlaya və ötə bilərlər. Məhz buna görə BMW konserni avtomobilin tam komplektasiya və texniki yeniliklərlə təchiz olunması üçün Hamann atelyesindən olan təchizatçılara müraciət edib. Özü də yeniliklər təkcə lider modelə deyil, onun iki “soydaşına” da şamil olunacaq. İndi X5, həqiqətən, yollarda tam təhlükəsizliyi təmin edəcək. Alman ustalar öz arzu və fantaziyalarını gerçəkliyə çevirmək üçün bacardıqlarını ediblər.X5-in hədsiz gücünü və unikallığını hiss etmək üçün ona ani nəzər salmaq kifayətdir. O, kifayət qədər mürəkkəb konstruksiyalı yeni bamper əldə edib. Havaçəkənlər və müxtəlif dalğavarı cizgilər isə ona daha sanballı görkəm verib. İndi X5 öz rəqibini nəinki haqlamağa, həm də xarici görkəmi ilə vahiməyə salmağa qadirdir. Rəqibinin isə, sadəcə, vahimə ilə bu nəhəngi seyr edərək onun yolundan çəkilməkdən başqa çarəsi qalmayacaq. Yuxarıda qeyd edilən hissə və detallarla yanaşı, X5 həmçinin xüsusi sifariş əsasında hazırlanmış “Black Line” adlı 22 düymlük disklər əldə edib. Şinlərin ölçüsü 295/30-dur.

Biksenon işığı ilə göz vuraraq və öz “qurbanını” (yəni rəqibini) səkiyə sıxışdıraraq BMW əla arxa spoyleri ilə havanı yararaq uğultu ilə irəli şütüyür, rəqibinə isə yalnız onun uzaqlaşan siluetinə mat-mat baxmaq qalır. Bamperin aşağı hissəsi diqqəti cəlb edir. Burada irəliyə çıxmış dörd zolağı görmək olar. Bu, necə deyərlər, Bavariya istehsalçısının səciyyəvi cizgisidir. Yan tərəflərdə simmetrik şəkildə yerləşmiş səsboğucu sistemin boruları eleqant görkəmi ilə seçilir. Onların nəriltisi istənilən anda ətrafa yayıla bilər.

Əlbəttə, sanballı xarici görkəm BMW alan üçün önəmlidir, amma onun tutduğu lider mövqeyi baxımından yetərli deyil. Belə ki, layiqli texniki xarakteristikaların olması da zəruridir. Avtomobil Hamann atelyesinin istehsalı olan yeni yaylarla təchiz olunub. Bu da onun ağırlıq mərkəzini 40 millimetr aşağı salmağa imkan verib. Beləliklə, onun döşəməsi yerə daha da yaxınlaşıb, idarə olunması isə xeyli yaxşılaşıb.

Avtomobilin aerodinamik imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Mühərrikin gücünə gəldikdə, burada artım cəmi 18 at gücü təşkil edir. Avtomobilin xarici hissələrində bu qədər dəyişikliklər baş verdiyi halda onun daxili hissələri dəyişikliyə məruz qalmasaydı, bu, qəribə görünərdi. Bu məsələdə Hamann konkret standarta malik deyil, əsas məsələ BMW X5-in sahibinin istəyidir. Onun üçün nələrin daha çox zəruri olduğunu avtomobilin sahibi özü həll edəcək, burada seçim imkanı genişdir: yenilənmiş alüminium pedallar, qara rəngli dəri örtük çəkilmiş salon və ya çoxsaylı müxtəlif multimedia avadanlıqları (bu avadanlıqların arasında TV və DVD ilə yanaşı, kifayət qədər populyar oyun pleyerlərini də qeyd etmək olar).

Bütün bu yeniliklərlə BMW X5 yeni zirvələri fəth etməyi hədəfləyib. Əslində, onun zirvədə olmasına heç şübhə də yoxdur. Avtomobilin sükanı arxasına əyləşib, mühərriki işə salanda bir daha əmin olursan ki, sən lider ilə yola çıxırsan. Əslində, Bakının dar və tıxaclı küçələri BMW X5 modelinin tüninq olunmuş bu modeli üçün çox darıxdırıcıdır. Çünki avtomobili idarə etdikcə, ondan daha çox zövq alır, yeni-yeni məkanları qət etmək istəyirsən…
Bütün bunları nəzərə alsaq, yolda BMW X5-in sükanı arxasında əyləşməyin 130 000 avrodan artıq qiymətə (195 min ABŞ dollarına) başa gələcəyi sizi qətiyyən təəccübləndirməməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma