Dizayn və sayt

İnternet səhifəsini(saytını) rəqiblərdən fərqləndirərkən , müştərinin qarşılaşdığı ilk nüans səhifənin dizaynıdır. Məhz səhifəsinin(saytının) dizayn keyfiyyəti, üslub orijinallığı şirkətin səviyyəsindən xəbər verir. Dizaynın tərtibat səviyyəsi və keyfiyyəti həm də şirkətinizi dəqiq mövqeləndirərək Sizin müştərilərə olan hörmətinizi nümayiş etdirir. Bu, peşəkarlığınızın və əvəzolunmazlığınızın daha bir sübutudur, çünki vacib informasiya axtarışında istifadəçilər rəqiblərinizin də səhifəsinə(saytına) mütləq müraciət edəcək, bu zaman şirkətinizin sözün yaxşı mənasında fərqinizi duyacaqlar.
İnternet səhifəsinin(saytın) dizaynı – səhifədə(saytda) təqdim edilmiş məlumatların görüntüsünü və bölmələr üzrə naviqasiyanı asanlaşdıran qrafik konsepsiyadır. Buna görə də saytı informativ etməkdən əlavə qeyri-adi, yaddaqalan, cəlbedici dizaynla təchiz etmək çox vacib, hətta zəruridir.

İnternet sayt dizaynı yaradarkən aşağıdakı məsləhətlərdən yararlanmaq yaxşı olardı:

səhifənin dizaynı izafi elementlərlə “yüklənməməli”, yorucu və bezdirici olmamalı, ziyarətçinin istədiyi informasiya almasına maneə törətməməlidir;
dizayn yaddaqalan və cəlbedici olmaqla ziyarətçini tezliklə yenidən səhifəyə(sayta) keçid almağa sövq etməlidir;
səhifənin(saytın) dizaynında naviqasiya sisteminin rahatlığına xüsusi diqqət yetirilməlidir, çünki naviqasiya rahatlığı ziyarətçinin gözündə resursun dəyərinin birə-min artmasına şərtdir.

Beləliklə, veb dizayn – istifadə rahatlığı və şirkətinizin imici və fəaliyyətinə assotiativ uyğunluğu əks etdirən orijinal vizual həlldir. Dizaynın hazırlanması zamanı müştərinin korporativ üslubunun qoyduğu bütün tələblərə əməl olunması vacib şərtlərdəndir. ümumiyyətlə isə qeyd etməliyik ki, hər bir ziyarətçi səhifənin(saytın) dizaynını qiymətləndirərkən öz şəxsi zövqünə və təcrübəsinə əsaslanır. Bu səbəbdən də biz o dizaynı uğurlu hesab edirik ki, o aid olduğu səhifənin(saytın) xarakterini açır, ziyarətçinin nəzərinə həddən artıq çarpmayaraq yadında rahat qalır və onun diqqətini şirkətinizin marağında olan xüsusi məqamlara yönəldir.

Nəzərinizə çatdırımki bizdə təşkilat,şirkət və başqa sahələr üçün tanıtım saytlarının yaradılması ilə məşğul oluruq.Sərfəlilik və keyfiyyət bir arada

Dizayn və sayt” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma