Spam nədir?

Sakit okeanın cənubunda yerləşən Pitkern adalarında adambaşına düşən spamın sayı, istənilən digər yaşayış məntəqələrindən daha çoxdur. The Register nəşri yazır ki, dəqiq statistikaya gəlincə, əksər internet istifadəçilərinə görə ən “böyük” spamçılar – ABŞ, Rusiya və Çin əhalisidir. Dünyada göndərilən ümumi spamın 1/3-i (38%) məhz bu ölkələrin payına düşür. Əgər hər adambaşına düşən spam sayını hesablasaq – ABŞ – 64-cü, Russiya – 45-ci, Çin isə – 132-ci yeri tutacaq. Spam yayımında 9-cu yeri tutan Böyük Britaniya, adambaşına düşən spam sayına görə reytinqdə 50-ci yerə düşüb.Mobil operatorlar da mobil spam-ismarıcların həcminin qlobal şəkildə artması haqqında xəbərdar edirlər. Mobil telefonların mühafizəsi ilə məşğul olan Cloudmark şirkəti bildirir ki, ismarıc mübadiləsi və şəbəkələrin zəiflik həcminin artması bu servislərlin sui-istifadəsinə gətirib çıxaracaq. Şirkətin məlumatında deyilir ki, mobil spam daha ciddi problemə çevrilməyə başlayır. Çin və Cənub-Şərqi Asiyada ismarıcların ödəmə haqqının az olması səbəbindən bu problem daha kəskin müşahidə olunur. Çində orta hesabla abunəçi gündə 6-dan 10-dək mobil spam-ismarıc alır. Eyni zamanda, Hindistanın bir sıra operatorlarının şəbəkələrində, filtrasiyaya belə baxmayaraq, ümumi ismarıcların 30 faizini spam təşkil edir. Yaponiya operatorları tərəfindən SMS və MMS xidmətlərin qiymətlərinin azaldılması ilə əlaqədar olaraq, bu ölkədədə spam səviyyəsinin artacağı güman edilir.

Bəs spam nədir?

Spam əslində amerikalıların məşhur amma ənənəvi olmayan konserv ət yeməklərinin adıdır. Ancaq interneti maraqlandıran yönüylə spam internet üzərində eyni mesajın yüksək ədəddəki kopiyasının, bu tip bir mesajı almaq tələbində olmayan kəslərə, məcburedici xüsusiyyətdə göndərilməsidir. Spam əsasən ticari reklam xüsusiyyətində olub, bu reklamlar əhalinin inanmadığı məhsulların, tez zəngin olma kampaniyalarının, yarı qanuni xidmətlərin təbliğinə istiqamətlənib. Spam göndərilərkən kiçik xərclə reallaşdırıldığı halda, əsas maliyyə yükü böyük ölçüdə mesajın alıcıları və ya daşıyıcı, xidmət təmin edici təşkilatlar tərəfindən qarşılanır.

İnternet istifadəçiləri üzərindəki təsirləri araşdırıldığında iki tip spam vardır. E-mail vasitəsilə göndərilən spam doğrudan göndərilən mesajlarla, fərdi istifadəçiləri hədəf alır. E-mail spam siyahıları ümumiyyətlə Usenet göndərilərinin daranması, müzakirə qruplarının üzv siyahılarının oğurlanması və ya veb üzərindən ünvan axtarışlarıyla meydana gəlir. E-mail tipindəki spamlar tipik olaraq istifadəçinin xərc etməsinə səbəb olur. E-mailə daxilolma üçün müddətə bağlı telefon pulu ödəyən hər istifadəçi belə məktublar sayəsində boş maliyyə itkisinə yol verir.

E-poçt yolu ilə göndərilən spam növlərindən ticari məzmunlu olan UCA (Unsolicited Commercial e-mail- Tələb edilməmiş Ticari e-poçt) adından da aydın olduğu kimi istəmədiyiniz halda sizə göndərilən bir məhsulu, ya da xidməti tanıdıcı elektronik məktub mesajlarıdır.

Məzmununun mütləq ticari olması lazım olmayan UBE isə, (Unsolicited Bulk e-mail Tələb edilməmiş Kütləvi e-poçt), eyni anda yüz minlərlə e-poçt hesabına göndərilən e-poçt mesajlarıdır. Bu mesajlar ticari məzmunlu ola biləcəyi kimi siyasi bir görüşün propaqandasını etmək, ya da bir mövzu haqqında ictimai rəyi formalaşdırmaq, insanları bir araya gətirmək məqsədi ilə göndərilən e-poçt mesajları da ola bilər. Spam haqqında əhəmiyyətli bir nöqtə, bir mesajı spam olaraq xarakterizə etmək üçün istifadə ediləcək ölçü idin mesajın məzmunu ilə heç əlaqəli olmamasıdır. Hər kəsin üzərində həmfikir olduğu, əhəmiyyətli bir ictimai həssaslığa sahib bir mövzu haqqında görüş bildirmək üçün kütləvi olaraq göndərilən bir mesaj da əslində spam olaraq xarakterizə edilə bilər.

Digər daha çox sıx rast gəlinilən e-poçt spam tipi isə MMF (Make Money Fast – Asan Pul Qazanın) mesajları; zəncir mesajlar ya da piramida bənzəri satışa çıxarma strukturları ilə əlaqədar gələn mesajlardır. Piramidanın ən üstündəki ada pul göndərib siyahının altına özünüzü əlavə etdiyinizdə pul qazanmağa başlayacağınızla bağlı aldığınız mesajlar bu tip spam mesajlarına nümunə ola bilər.

E-mail növündəki spamın narahatedici bir tipi isə, mesajın müzakirə siyahılarına göndərilməsi vəziyyətidir. Bir çox müzakirə siyahısında, əməliyyatlar yalnız siyahı üzvləri tərəfindən reallaşdırıla bildiyindən, spam göndəriciləri, mümkün olduğu qədər çox siyahıya üzv olmağa çalışaraq, siyahı üzvlərinin ünvanlarını təmin edirlər.

Digər bir spam tipi isə, iptalediləbilir (cancellable) Usenet mesajları vasitəçiliyi ilə edilən spamdır. 20 və ya daha çox xəbər mənbəyinə eyni anda göndərilən bir mesaj spam daxilində araşdırılır. Usenet istifadəçiləri baxımından bu qədər çox sayda xəbər mənbəyinə göndərilən bir mesajın ümumiyyətlə mənbələrin çoxu, hətta hamısı baxımından mövzu xarici qaldığı təsbit edilmişdir. Bu cür spam, sıxlıqla xəbər mənbələrini oxuyan ancaq çox nadir və ya heç göndərilməyən etmədiklərindən e-mail ünvanları əldə edilə bilməyən istifadəçi qrupunu hədəflər. Usernet spamleri xəbər mənbə-lərini reklamlar və ya maraqsız mesajlarla dolduraraq istifadəçi baxımından faydasız və istifadə edilməsi çətin hala gətirər.

Yaxşı spamerlər e-poçt

ünvanını haradan bilirlər?

İşin bu tərəfi əslində olduqca maraqlıdır. Çünki bilərək, ya da bilməyərək bu pis niyyətli kəslərə e-poçt ünvanınızı öz əlinizlə verirsiniz. Ən sadəsindən internet üzərində bir xidmətə üzv olarkən bu məlumatlar alınır. Bir başqa üsul isə tək adamla başlayan elektronik məktub zənciri istismar vasitələriylə və ictimai həmrəylik ruhu adına bir elektronik məktub zəncirinə çevrilməkdə və pis niyyətli bir adamın göndərdiyi e-posta minlərcə, hətta milyonlarla adama istəmədikləri halda çatmaqdadır. Bunun sayəsində bu kəslərin e-poçt ünvanları bir hovuzda toplanmaqda, hətta ticari məqsədlərlə başqa şirkətlərə satılmaqdadır.

Spam olan məktubları

nejə ayırmaq olar?

Əslində siz istəmədiyiniz təqdirdə sizə gələn hər cür məktub spam sayılar. Ancaq təməl olaraq spam məktubların məqsədi bir məhsul, ya da xidmət təqdimatı etmək və insanların bu məhsulu satın almalarını təmin etməkdir. Təbii ki, bütün bunlar edilərkən insanların icazəsi və razılığı alınmamaqdadır. Biri mənə istəmədiyim məktub göndərdi deyə niyə zərər görüm, deyirsinizsə səhv edirsiniz. Çünki, alıcı istəmədiyi halda elektronik məktub alan adamdır. Bu adam qiymətli zamanını gərəksiz məktubları oxuyaraq xərcləyəcək və bu zaman üçün də İnternet Xidmət Təminedicisinə boşuna pul ödəmiş olacaq. İnternet Xidmət Təminedici: Bu qanuni olmayan məktubların daşıyıcılığını etmək kimi qanuni olmayan bir işin yanında İSS öz bant genişliyini də gərəksiz yerə xərcləmiş olacaq.

İstənməyən

məktubların gəlməməsi üçün nə etmək lazımdır?

Qətiyyən spam məktub göndərən saytı ziyarət etməyin. Spam məktubları önləmək üçün siz də spam məktub göndərməyin, ya da mail-bomb proqramlarını istifadə etməyin. Unutmayın ki, zərər verməyə çalışdığınız tərəf əslində spam üçün istifadə edilən günahsız biri, ya da bir firma ola bilər. Nə etmək lazım olduğuna gəlincə, spam məktublar sizi çox narahat etməyə başladısa İnternet Xidmət Təminedicinizlə və yaxud Sistem İdarəçinizlə görüşün onlar sizə xüsusi, ya da bütün istifadəçi əsasında həllər çıxara bilərlər. İkinci olaraq tanımadığınız kəslərdən gələn məktubları qətiliklə forward etməyin və ya cavab yazmayın. Bu ünvanlardan davamlı məktub gəlməyə davam etsə səlahiyyətlilərə məlumat verin. İnternet üzərində çox tanınmamış saytlardan məhsul ya da xidmət satın alarkən onların məktub-siyahılarına üzv olmayın, bu heç olmasa hər ay sizə gələcək bir spam məktub mənasına gəlməkdədir. Bir şeyi də qeyd edək ki, ciddi firmalar məktub-siyahılarına göndərilən hər məktubun sonuna məktub-siyahısı üzvlüyündən çıxmaq üçün istiqamətləndirmələr və əlaqələr qoyurlar. Bu tərz məktublar spam deyil.

Microsoft korporasiyası və kompüter təhlükəsizliyi ilə məşğul olan şirkətlər internetdə Windows əməliyyat sistemlərinin yeniləşdirilməsinə dair saxta elanların peyda olduğunu nəzərə çatdıraraq istifadəçiləri ehtiyatlı və diqqətli davranmağa çağırırlar. Saxtakarlar elektron poçt vasitəsilə istifadəçiyə sistem təhlükəsizliyinin yeniləşdirilməsini təklif edirlər. Xatırladaq ki, Windows əməliyyat sistemlərində vaxtaşırı təkmilləşdirmə tədbirləri görür və istifadəçilər bu yenilikləri internet vasitəsilə – firmanın rəsmi veb-saytından kompüterlərinə yükləmək imkanına malikdirlər. Kompüter fırıldaqçılarının elanında Microsoftun veb-saytına keçid ünvanı göstərilsə də, bu, aldadıcıdır. Əslində istifadəçi yalançı sayta yönləndirilir və bu zaman kompüter DSNX-05 virusuna yoluxur. Bu virus kompüterin təhlükəsizlik sistemində “dəlik” açaraq xakerlərin bura istənilən zaman girişi (müdaxiləsi) üçün şərait yaradır.

Azərbaycanda kompüter istifadəçiləri sayının günbəgün sürətlə artdığını nəzərə alaraq, onlara sistem proqramlarının yeniləşdirilməsi prosesində diqqətli olmağı məsləhət görürük. Windows əməliyyat sistemlərində hər hansı yeniləşmə təklifini elektron poçt xəbərdarlığı ilə yanaşı, rəsmi saytda problemin xarakteri haqqında məlumat verməklə həyata keçirir. Odur ki, bu təklifi aldıqdan sonra, məlumatın səhihliyinə əmin olmaq üçün korporasiyanın veb-saytında müvafiq səhifəyə keçib bunu dəqiqləşdirmək gərəkdir.

Bundan savayı, internetdə pulsuz təklif olunan müxtəlif SOFT poqramları köçürməzdən öncə böyük risk etdiyinizi anlamağınız gərəkdir. İlk baxışda cəlbedici görünən bu proqramların bəzilərinin müəlliflərinin məqsədi məhz kompüterinizə müdaxilə edərək orada “məskən salmaqdır”. Təklif edilən proqram normal çalışsa da, kompüterinizin “işğal”ından xəbərsiz qala da bilərsiz. Bu zaman kompüteriniz hər an kompüter cinayətkarlığı predmeti kimi istifadə oluna bilər. Yəni kompüteriniz bura “qapı” açmış xakerin əlində sizin özünüzə (ələxüsus sizin kompüteriniz maliyyə əməliyyatları ilə məşğulsa və ya məxfi məlumatlar daşıyırsa), eləcə də başqa (dünyanın istənilən nöqtəsindəki) kompüterlərə qarşı hücum “silahı”na çevrilir. Yeri gəlmişkən, kompüter təhlükəsizliyi ilə məşğul olan İngiltərə və ABŞ şirkətləri bu sayaq üsullarla bir neçə cinayətkar kompüter şəbəkəsi aşkar ediblər. Bu şəbəkələrə on minlərlə fərdi kompüter ( sahiblərinin belə xəbəri olmadan) daxil imiş.

Odur ki, kompüterin, xüsusilə internet şəbəkəsində ciddi təhlükəsizlik tədbirləri ilə qorunmasına çalışmaq gərəkdir. Şübhəli proqramlar vasitəsilə kompüterinizə “yol açılmasını” istəmirsinizsə, lisenziyalı proqramlardan istifadə etməyiniz və ya kompüterinizin təhlükəsizlik sisteminin etibar etdiyi mənbələrin xidmətlərinə üstünlük verməniz tövsiyyə olunur. Məlumat üçün bildirək ki, spam həm də internetin ən çox yayılmış və ucuz başa gələn reklam növüdür. Spamda bir klikin qiyməti təxminən 0,01-0,05 dollardır ki, bu da digər reklam növlərindən təxminən 100 dəfə ucuz başa gəlir. Belə reklam kütləvi xarakter daşıyır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma