Ruslar Ukraynanın tərkibində müstəqil “dövlət” yaratdılar

İndi Ukraynanın da “Qarabağ”ı var…

Karpatyanı rusların (rusinlər) 2-ci Avropa Konqresi Ukrayna tərkibində özlərinin “dövlətçiliyini bərpa etmək” barədə akt qəbul edib. Lent.az-ın “Regnum” agentliyinə istinadən məlumatına görə, bu barədə Karpatyanı Rus (Ruteniya) “respublikası”nın Soymunun (parlament) sədri Dimitri Sidor məlumat verib.
Konqres Ukraynanın Zakarpat vilayətinin inzibati mərkəzi olan Mukaçevo şəhərindəki Rus Dram Teatrında keçirilib. “Biz separatçı deyilik, biz Ukraynanın tərkibində respublika statusu əldə etməyə çalışırıq. Bu, bizim əcdadlarımızın və gələcək nəsillərin qarşısında borcumuzdur”, – deyə, D.Sidor bildirib.
O, ölkə hakimiyyətini Karpatyanı ruslarla (rusinlər) danışıqlar stolu arxasında oturmağa çağırıb: “Dekabrın 1-dək Zakarpat vilayət Soveti regionu Ukrayna tərkibində rusların milli muxtariyyəti elan etməsə, ruslar öz “dövlətçiliyini” özləri elan edəcəklər”.
2008-ci ilin iyununda “Karpatyanı Rus dövləti”nin Soymunun iclasında “Karpatyanı Rus dövlətçiliyinin atributlarının təsdiq edilməsi” barədə qərar qəbul etmiş və 1938-ci il Konstitusiyasının yenidən qüvvəyə minməsi elan edilmişdi. Həmin Konstitusiyaya görə, Karpatyanı Rus xalqı və “rusların Karpatdan cənuba tərəf olan əraziləri” beynəlxalq hüququn subyekti elan olunmuşdu.
“Regnum”un yazdığına görə, bir qədər əvvəl Dimitri Sidor mətbuata bildirib: “SSRİ-nin süqutundan sonra Karpatyanı Rus avtomatik olaraq müstəqillik əldə etməliydi. Çünki Karpatyanı Rusun Ukrayna tərkibinə daxil edilməsi barədə müqavilə Çexoslovakiya ilə SSRİ arasında imzalanmışdı. Ukrayna Sovet İttifaqının hüquqi varisi olmadığı üçün o müqavilə qüvvədən düşmüş sayılmalıdır”. Onun sözlərinə görə, 1991-ci il referendumunda rusinlər Ukraynanın tərkibində muxtariyyətə səs veriblər: “Bundan sonra Kiyev, Karpatyanı Rusun bir vaxtlar tərkibinə daxil olduğu dövlətlərin hamısına tüpürüb, zorla assimilyasiya siyasəti aparmağa başladı. Ukrayna, faktiki olaraq, rusin xalqının soyqırımını həyata keçirdi”.

Ruslar Ukraynanın tərkibində müstəqil “dövlət” yaratdılar” üzərinə bir şərh

  1. Salam! Məncə rusinlər rus deyil axı. Düzdür slavyan millətlərdən biridirlər, amma, onları rus adlandırmaq heç də doğru deyil məncə. O ki qaldı dövlət yaratmaqlarına burda 100% əminəm ki Rusiyanın işidir. Ukraynanın NATO-ya girməsinin qarşısını almaq üçün hər tərəfdən Ukraynaya barmaq eləməyə çalışır…

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma