İri spam qruplaşması aşkar olunub

The New York Times xəbər verir ki, ABŞ-ın ticarət komissiyası dünyada spamerlərin ən iri qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Spamla mübarizə edənlərin arasında, bu qruplaşma HerbalKing adı ilə tanınır. Bu ad öz növbəsində reklam məhsulunun adına uyğun gəlir.
HerbalKing təşkilatı, Avstraliya, Yeni Zellandiya, Hindistan, Çin, Russiya, Kanada və ABŞ-dan olan spamerləri özündə birləşdirib. Bu qruplaşmaya amerikalı Con Smit və Avstraliyada yaşayan Yeni Zellandiya vətəndaşı Lens Atkinson rəhbərlik ediblər. Spam yayımından əldə olunan pullar, qruplaşma rəhbərləri tərəfindən yaradılmış altı şirkət vasitəsilə çıxarılıb.
SpamHaus şirkətinin verdiyi məlumata əsasən, bir vaxtlar HerbalKing-in payına bütün internetdə yayılan spamın 1/3 hissəsi düşüb. Bu şəbəkənin botnetlərindən biri – Mega-D 35 min kompüter vasitəsilə, hər gün 10 milyard məktub yayıb. Spamerlər əsasən müxtəlif tibbi preparatlar və bahalı saatların oxşarılarını reklam ediblər.
Əvvəllər Lens Atkinson spam yayımına görə ittiham olunub. 2005-ci ildə məhkəmə bu adama 2.2 milyon dollar həcmində cərimə ödəməyə məcbur edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma