Azərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq

Azərbaycan Vergilər Nazirliyi təyinatlı ödəmə sənədlərinin elektron reyestrlər üzrə mübadiləsinin təşkili ilə bağlı ölkədə fəaliyyət göstərən bir sıra kommersiya bankları ilə müzakirələr aparır. Hazırda bu istiqamətdə «UniBank», «Bank of Baku» və «Azərbaycan Kredit Bankı» ilə müvafiq iş aparılır. Yaxın vaxtlarda bu banklar vasitəsi ilə elektron mübadilənin təşkili planlaşdırılır.
Qeyd edək ki, hazırda analoji proseslər «Azərdəmiryolbank» və «Texnikabank»la həyata keçirilir. Cari ilin yanvar ayından indiyədək respublika üzrə 1 659 borclu vergi ödəyicisinin banklarda olan 7 634 hesabına sərəncamlar elektron formada verilib. Vergi öhdəliyini yerinə yetirmiş 1 050 vergi ödəyicisinin 2 285 bank hesabından sərəncamlar geri götürülüb.Bu sistemdə sərəncamlar Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi (AVİS) tərəfindən hazırlandıqdan sonra elektron formada bank hesablarına göndərilir. Vergi orqanları bununla da sərəncamların bank və filialları tərəfindən icrasına birbaşa nəzarət edə bilir. http://www.apa.az/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma