İsveçrədə minarələri qadağan etmək istəyirlər

İsveçrə sağçıları ölkədə minarə tikilməsini qadağan etmək istəyirlər. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, sağçılar minarələrin tikilməsini qadağan edən Konstitusiya dəyişikliyini referenduma çıxarmaq üçün kifayət qədər imza toplayıblar.
İsveçrə Xalq Partiyası (İXP) tərəfindən artıq referendumla bağlı 115 min imza toplanılıb. Konstitusiyaya görə, hər hansı bir məsələnin ümumxalq səsverməsinə çıxarılması üçün 110 min imza lazımdır.
İXP 2007-ci il parlament seçkilərində qələbə qazanıb. BMT müşahidəçiləri partiyanın apardığı təbliğat kampaniyasının “irqçi” olduğunu bildirərək onu pisləyiblər. Partiya dəfələrlə minarə tikintisinə mane olmağa cəhd etsə də, uğur qazana bilməyib.
İsveçrədə yaşayan 300 min müsəlmanın cəmi 3 minarəsi var. Hökumət artıq İXP-nin tələbinə qarşı çıxıb. Bundan sonra hökumətin İsveçrənin milli təhlükəsizlik və beynəlxalq münasibətlər marağından çıxış edərək, referendum keçirilməsinə mane olacağı gözlənilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma