Microsoft-un intellektual axtarış sistemi peyda olub

TG Daily nəşrinin məlumatına əsasən, Microsoft korporasiyası Powerset intellektual axtarış sistemini alır. Sazişin təfsilatı və maliyyə tərəfi haqda məlumat verilmir. Microsoft-un vitse-prezidenti Satya Nadelanın dediyinə görə, korporasiya Powerset texnologoyasını özününkü ilə uyğunlaşdıra bilsə, o zaman intuitiv anlaşılan və rahat axtarış sistemi yaratmaq olar.
Powerset axtarış sistemi cari ilin may ayında istifadəyə verilib. Həmin vaxtdan Microsoft korporasiyasının ona olan marağı barədə ilk informasiya yayıldı.
İyunun sonunda Microsoft və Powerset arasında nəzərdə tutulan saziş haqda VentureBeat nəşrinin jurnalistləri xəbər tutublar. Onlar Powerset-in təxmini qiymətini də deyiblər – 100 milyon dollardan çox. O zaman Microsoft və Powerset nümayəndələri bu informasiyanı şərsiz qoydular.
Mövcud olan axtarış sistemlərindən Powerset axtarışın intellektual sistemi ilə fərqlənir. Bu sistem açar sözlərin, cümlə və sualların mənasını anlayaraq qəbul edir. Belə yanaşma axtarışın daha relevant nəticəsini verməyə imkan yaradır.
Standart veb-xidmətdən başqa Powerset sistemi iPhone üçün əlavələr təklif edir. Powerset icraçı direktoru Barni Pellanın sözlərinə görə, bu sistem Apple istehsalı olan smartfon sahibləri arasında xeyli populyarlıq qazanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma