Windows 7 2010-cu ilin sonunda işıq üzü görəcək

Windows 7 əməliyyat sistemi 2010-cu ilin sonunda istifadəyə veriləcək. Bu barədə, korporasiya sifarişçilərinə Microsoftun birinci vitse prezidenti Bill Veqte tərəfindən ünvanlanan məktubun mətninə istinadən InfoWorld xəbər yayıb.
Veqte partnyorlara ünvanlanmış məktubunda Microsoft korporasiyası tərəfindən yeni əməliyyat sisteminin 3 ildə bir dəfə buraxılacağı haqda qərarın verilməsini xatırladıb. Windows 7 əməliyyat sisteminin hazırlanması, nəzərdə tutulmuş qrafikdən kənara çıxmayacaq və onun istifadəyə verilməsi 2010-cu ilin yanvar ayına planlaşdırılıb.
Bundan əlavə Veqte qeyd edib ki, Windows 7 əməliyyat sistemi Windows Vista-nın qurulduğu sturktur əsasında qurulacaq. Bu Windows XP-dən Windows Vista-ya keçiddə proqram təminatının uyğunlaşmasına imkan yaradacaq.
Microsoft şirkəti vitse-prezidentinin sözlərinə görə, hazırda istehsalçılar qarşısında, Microsoft müştərilərinin Windows Vista əməliyyat sistemindən Windows 7-yə keçidin daha asan olması məsələsi durur.
Bundan öncə, Windows hazırlanmasında aparıcı mütəxəssis Stiven Sinofski bəyan edib ki, Windows 7 əməliyyat sistemi, Windows Vista əməliyyat sistemi nüvəsinin təkmilləşdirilmiş verisyası sayılan Windows Server 2008-in nüvəsi üzərində yaradılacaq.

Windows 7 2010-cu ilin sonunda işıq üzü görəcək” üzərinə 2 şərh

  1. reko

    ay qoyunlar, Windows 7 mobil telefonlar(Windows Mobile) ucun nezerde tutulub. yox bir Windows Vista-nın qurulduğu sturktur əsasında qurulacaq. e gedin tetris oynayin siz hele, IT sizlik deyil./

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma