Qurani-Kərim təhqir edildi

 
 Yapon cizgi filmində Qurani-Kərimin təhqir edilməsi müsəlmanların etirazına səbəb olub.
Artıq 300-ə yaxın ərəb dilli və İslam forumlarında “Quranın təhqir edilməsi” ciddi şəkildə müzakirə olunur. Bir çox tamaşaçıların fikrinə görə, artıq kifayət qədər məşhur olan Tokio “Syueysya” firması tərəfindən videodisklərdə buraxılan cizgi filmində Qurani-Kərim təhqir edilib. Belə ki,
“Co-Conun qeyri-adi sərgüzəşti” adlı filmdə əsas mənfi qəhrəman Qahirədə yaşayır və filmin qəhrəmanını və onun xoş niyyətli dostlarını öldürmək əmri verəndə Qurani-Kərim oxuyur.
“Bu səhnə müsəlmanları terrorçu kimi təsvir edir, bu isə həqiqətə uyğun deyil”, deyə Kiodo agentliyinə müsahibə verən Qahirədə Əl-Əzhar universitetində fitva verən komitə yə rəhbərlik edən şeyx Abdul Həmid Attraş bildirib. “Film bizim dinimizi təhqir edir, onun yaradıcılarına İslamın düşmənləri kimi baxılmalıdır”, deyə şeyx bildirib.
“Syueysya” şirkətinin nümayəndəsi isə bildirib ki, Quran-Kərim cizgi filminə səhvən düşüb. Onun sözlərinə görə, filmin yaradıcısı “Qahirə həyat şəraitini” göstərmək üçün kadra ərəb dilində kitab salmaq istəyib. Nümunə üçün isə onlar kitabxanada əllərinə düşən ilk kitabı seçiblər və bunun müqəddəs Quran olduğunu bilməyiblər. Şirkət nümayəndəsi bildirib ki, onlar üzr istəmək və cizgi filmlərinin disklərinin müvəqqəti olaraq satışdan yığışdırılmasına hazırdırlar. Buna baxmayaraq artıq internetdə yapon məhsullarına baykot qoyulması ilə bağlı çağırışlar edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma