Türkiyə dövləti belə nifrətlə qınanacaq işə imza atmaz

Hrant Dinkin vurulduğu səkiyə göyərçin heykəli qoyulacaq
Abbas Bozyel: “Türkiyə dövləti belə nifrətlə qınanacaq işə imza atmaz”
Keçən il İstanbulda qətlə yetiliən “Aqos” qəzetinin erməni redaktoru Hrant Dinkin güllələndiyi yerdə göyərçin heykəli qoyulacaq. “Doğan xəbər agentliyi”nin verdiyi məlumata görə, bu heykəli Türkiyənin məhşur heykəltəraşı Mehmet Aksoy hazırlayıb. Aksoy Dinkin vurulduğu səkiyə yerləşdiriləcək 120 x120 ölçülü heykəlin 30 sm. dərinlikdə olacağını və üzərinin şüşə ilə örtüləcəyini deyib. Heykəltəraş bildirib ki, məqsəd yoldan keçən insanlara vicdan əzabı çəkdirməkdir.
Heykəlin qərarlaşdırılmış yerə nə vaxt qoyulacağına isə Şişli rayonunun bələdiyyə başçısı Mustafa Sarıgül qərar verəcək.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının 21-ci dövr millət vəkili, Avropa Türkləri Federasiyasının baş katibi Abbas Bozyel isə məsələ ilə bağlı, cinayətə qurban gedən və məhkəmə prosesi hələ də davam edən bir şəxs üçün abidə qoyaraq, beynəlxalq ictimaiyyətə türklərin ermənilərə qəsd edən bir millət kimi tanıdılmasını pisləyir. “Orada bir abidə ucaldılacaqsa, bu, Xocalıda öldürülən qadınların, günahsız uşaqların xatirəsinə ucaldılmalıdır. Bu abidəyə baxanlar Xocalı soyqırımını xatırlasınlar və bu qətliamı törədənləri nifrətlə pisləsinlər. Və onların sifətinə tüpürsünlər”,- deyə Abbas Bozyel vurğulayıb. Siyasətçi qeyd edib ki, 1915-ci il hadisələrində Anadoluda bir milyona yaxın türk insanını yaşlı, gənc, uşaq, qadın, qız demədən vəhşicəsinə öldürən erməniləri qoruyan insanları məmnun etmək istəyənlər eyni şəkildə bu gün də oyun oynayırlar: “Eyni şəkildə bu gün də oyun oynayaraq, insanları mitinqlərə səsləyən və onlara “Biz erməniyik” şüarını səsləndirənlər utansınlar və utanmalıdırlar”.
A.Bozyel bildirib ki, H.Dinkə hansısa abidə ucaltmaq istəyənlər Qarsda, Ərzurumda, Ərzincanda, İqdırda, Təbrizdə, Naxçıvanda, Bakıda milyonlarla türk insanının qanını bir vampir kimi içən erməninin törətdikdələri zülmü xatırlatmaq üçün türk analarının və uşaqlarının heykəllərindən birini simvol olaraq hazırlamalıdırlar: “Bəllidir ki, Hrant Dinkə bu simvolu qoyanlar eyni zamanda bir cinayətə qurban gedən və Türkiyə Respublikasının vətəndaşı olan birinin öz əməllərinə, şər niyyətlərinə vasitə edərək türkçülüyü yenidən təhqir etmək üçün bir bəhanə tapıblar. Bu, türk millətinin və Türkiyə dövlətinin arzusu və qərarı deyil. Türkiyə dövləti belə niftətlə qınanacaq işə imza atmaz. Bu, tarixdə olduğu kimi günümüzdə və gələcəkdə də Türkiyəni utandırmaq istəyən fransız, ingilis və ermənipərəst ziyalıların Türkiyədəki lobbiləridir, nümayəndələridir. Biz də onları nifrətlə və şiddətlə qınayırıq. Gördükləri heç bir iş tarix və türk milləti qarşısında bağışlanmayacaq, əfv edilməyəcək. Bunun buradan cinayət olduğunu elan edirəm. Və türk millətini qan içənlər qarşısında utandırmaq istəyənləri buradan nifrətlə yenilən qınayıram”.
“Asiya dialoqu” İctimai Birliyinin sədri, tanınmış jurnalist Sevil Nuriyeva isə ANS PRESS-ə bildirib ki, Şişli bələdiyyə başçısının hansısa qeyri-hökumət təşkilatı ilə müştərək ortaya atdığı bu ideyanı Türkiyə dövlətinin adına yazmaq düzgün deyil: “Birdəfəlik anlamaq lazımdır ki, Türkiyə demokratik dövlətdir və orada bələdiyyələr xalqın seçimi ilə ortaya çıxır. Bu cür hadisələri Türkiyə dövlətinin adına yazmaq doğru deyil və siyasi savadsızlıq olardı. İkincisi, Hrant Dinkin öldürülməsi Türkiyənin özünə qarşı provakasiya idi. Hansı milləti təmsil edib-etməməsindən asılı olmayaraq insanın öldürülməsinə mənfi baxıram. Dinkə heykəl qoymağı da açığı Mustafa Sarıgüldən gözləmirəm. Çünki Mustafa Sarıgül milli çevrələrdə və mühafizəkar çevrələrdə özünü milli dəyərlərə sadiq adam kimi nümayiş etdirir”. Sevil Nuriyeva, heykəltəraşın “abidənin qoyulmasında məqsəd yoldan keçən insanlara vicdan əzabı çəkdirməkdir” ifadəsinə də münasibət bildirib: “Şəxsən mən Hrant Dinklə bağlı heykələ baxıb vicdan əzabı çəkmək məcburiyyətində deyiləm. Əksinə, Hrank Dinkin mənsub olduğu millət Xocalı soyqırımı kimi vəhşicəsinə törədilmiş soyqırımına baxıb vicdan əzabı çəksinlər. Mən bu hadisəni Şişli bələdiyyəsinə yaraşdırmadım. Digər tərəfdən, mən gözləyərdim ki, Şişli bələdiyyəsinin bölgəsində Azərbaycanı erməni soyqırımından qurtarmağa gələn komandan Nuru Paşanın xatirəsinə heykəl qoyulsun. Yaxud da Xocalı soyqırımına Ankarada qoyulan heykəl kimi bir abidə qoyulsun”.
ANS PRESS

Türkiyə dövləti belə nifrətlə qınanacaq işə imza atmaz” üzərinə 3 şərh

  1. Türkiyədə ermənipərəst qüvvələr coxdu və onlar özünü xalqa milli dəyərlərin qoruyucusu kimi təqdim edib pərdelənirlər. Bəlkə,Mustafa Sarıgül də belələrindəndi,bəlkə

    Bəyən

  2. umit aslan

    ilgi ve alakaniza tesekkur ederim,allah a emanet olun,en yakın zamanda bir diger anavatanımız olan azerbaijan’ı zıyarette bulunup siz guzel azerbaijan halkı ile tanısmak serefıne naıl olacagım,allah hepımızın yar ve yardımcısı olsun
    ya karabag ya olum

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma