Erməni əsirliyində olan əsgər Vüsal Heybətov bu gün Azərbaycan tərəfə təhvil verilib

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Dövlət Komissiyasının İşçi Qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı danışıqlar nəticəsində, bu il aprelin 11-də Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Heybətov Vüsal Şirsultan oğlu bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində, qoşunların təmas xəttində əsirlikdən azad olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilib. Məlumata görə, onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi Qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak edib. Qeyd olunub ki, tədbir beynəlxalq humanitar hüquq normalarına uyğun keçirilib və insidentsiz başa çatıb.
Xatırladaq ki, Qobustan rayonu Xilmilli kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Heybətov Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində əsir götürülüb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma