Dünyanın ən üslublu on şəhərinin adı açıqlanıb

«Forbes» jurnalının ekspertləri siyahıda ilk yeri Londona verib
Amerikanın «Forbes» jurnalı dünyanın ən üslublu on şəhərinin adını açıqlayıb. «Onluq»da ilk yeri Böyük Birtaniyanın paytaxtı tutub: «Heç kim London və onun kosmopolit ab-havası ilə rəqabət apara bilməz. Şəhər əhalisinin üçdən biri Britaniya sərhədlərindən kənarda doğulub. Londonlular ümumi qarışıq mədəniyyət üslubu, dəb və mətbəx yaradıb».
Jurnalın yazdığına görə, Londonun da öz mənfi tərəfləri var. Ekspert qrupunun şəhərə iki iradı olub. Qeyri qənaətbəxş təzlükəsizlik səviyyəsi və yüksək qiymətlər. Lakin «Forbes» bu mənfiliklərlə barışıb. Çünki ucuzluq və mötəbərlik bir araya sığmır.
Dünyanın ən üslublu şəhərlərinin siyahısında ikinci yeri Fransanın paytaxtı Paris tutur. Ekspertlər bu şəhərin romantikliyi, klassik üslubu və dəbə can atmasını xüsusi qeyd edib.
Üçüncü yer Sidneyə nəsib olub. Avstraliya siyahıya iki şəhər verib. Sidneydən əlavə «Forbes»in siyahısında Melburnun da adı var. Lakin Avstraliya ən üslublu şəhərlərin siyahısında iki şəhərlə təmsil olunan yeganə ölkə deyil. İspaniyanın Barselona və Madrid şəhərləri də ən üslublu on şəhərdən biri sayılıb.
Siyahıda həmçinin Nyu-York, Roma, Berlin və Amsterdam da var. Qeyd edək ki, heç bir MDB şəhəri ən üslublu şəhərlərin arasında daxil ola bilməyib. «Forbes» Moskva və Sankt-Peterburqu siyahıya daxil etməyib./Anspress

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma