Rusiyada nəşr olunan “Uşaqlar üçün ensiklopediya”da Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri Ermənistan torpaqları kimi göstərilib.

APA-nın məlumatına görə, ensiklopediyanın 2007-ci ildə çap olunmuş “Coğrafiya” cildinin (redaksiya heyəti: M. Aksyonova, A.Elioviç və b.) 33-cü səhifəsində yer almış “Orta əsr Ermənistanı coğrafiyası” yazısında və xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan və İran əraziləri Ermənistanın ərazisi kimi əks olunub. Bununla yanaşı, məqalədə çoxlu təhrif və səhvlərə yol verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov APA-ya açıqlamasında tarixi qaynaqlarda orta əsrlərdə Ermənistan deyilən inzibati ada, əraziyə rast gəlinmədiyini bildirib: “Cənubi Qafqazın yerli əhalisi kənarda qalıb, vaxtilə rusların bu əraziyə köçürdüyü ermənilər haqqında coğrafiya bölümünə “Orta əsr Ermənistanı coğrafiyası” məqaləsi daxil edilib. İlk orta əsrlərdə Bizans dövrü, Ərəb xilafəti işğalı dövrü, Səlcuq dövrü, monqol işğalı dövrü olub. XV-XVIII əsrin I yarısı isə Azərbaycanın Səfəvilər imperiyasının mövcud olduğu dövrdür. 1918-ci ilə qədər Cənubi Qafqaz ərazisində ümumiyyətlə Ermənistan dövləti olmayıb. Heç bir mənbədə Cənubi Qafqazda ermənilərin ölkəsinin adı göstərilməyib. Ermənistan adına Cənubi Qafqazdan kənarda, müasir Türkiyənin Van gölü ətrafında balaca bir knyazlığın ərazisində rast gəlinir. Sonralar isə Çar Rusiyası tərəfindən planlı şəkildə Cənubi Qafqaza 1804-1813, 1826-1828-ci illərdə ermənilərin kütləvi surətdə köçürülməsi həyata keçirilib”.
Tarixçi-alim məqalədə bütün ölkələrdə elm, mədəniyyətin məhv olduğu halda, yalnız Ermənistanda elmin, ədəbiyyatın çiçəklənməsinin göstərilməsinin də yanlış olduğunu açıqlayıb: “Hər hansı bir millətin, etnik qrupun mədəniyyətinin çiçəklənməsi üçün ilkin şərait lazımdır, yəni onun dövləti, iqtisadiyyatı, sabit ictimai-siyasi vəziyyəti olmalıdır. Bütün bunlar olmadığı halda, Ermənistan deyilən naməlum ərazidə elm, maarifçilik necə inkişaf edə bilərdi? Məqaləyə görə, erməni tarixinin atası olan Movses Xorenats bildirir ki, V əsrdən başlayaraq bu ərazilər Ermənistan dövlətinə daxil olub. “Erməni tarixinin atası” olan bu adamı məşhur fransız alimi Avqust Karriyer 1805-ci ildə yazdığı “Qədim tarixdən çıxarışlar” əsərində tarixçilər içində ən böyük fırıldaqçı adlandırıb. Onun nə vaxt yaşadığı da məlum deyil, bəzi mənbələrdə VI, bəzisində isə VII – VIII əsrdə yaşadığı bildirilir”.
Məqalədə Ananiya Şirakatsi, Klavdiy Ptolemeyin adı çəkilir. Verilən xəritənin mənbəyi isə göstərilməyib. Azərbaycan alimi Ptolemeyin xəritəsində də Ermənistan adlı dövlətin olmadığını vurğulayıb: “Təqdim olunan xəritənin hansı dildə olması da qaranlıqdır. Qrafika latıncadır, dili isə anlaşılmır. Xəritədə Ermənistanla qonşu dövlət kimi Rusiya göstərilib. “Rusiya” sözünün meydana gəldiyi tarix isə XVIII əsrdən başlayır. Bu ad I Pyotrun zamanında rus dövlətinə verilib. Ondan əvvəlki dövrlərdə Kiyev Rus Dövləti, Moskva dövləti olubsa, “orta əsr Ermənistan” xəritəsinə “Rusiya” adı necə düşə bilər? Necə ola bilər ki, rusların özlərinin tarixi ədəbiyyatlarında XVIII əsrə qədər rus dövləti yazılmır, amma “orta əsr Ermənistan” xəritəsində Rusiya sözü yazılır? Və ya xəritədə Fars çarlığı yazılıb. Bu ifadə “Parsia” adı ilə e.ə. IX əsrdən məlumdur və kənar, uzaq məkan mənasını verir. Bu ifadə Qərb və Rusiya tarixşünaslığında orta əsrlərdən başlayaraq (XVI əsrdən etibarən) istifadə olunur. Farslar isə ərəb işğalı dövründən 1924-cü ilə hakimiyyətdə olmayıb, yalnız həmin ildə İranda dövlət çevrilişi edərək hakimiyyəti ələ keçiriblər”. Növbəti saxtakarlıq isə məqalədə Atlantik və Hind okeanlarında böyük coğrafi kəşflərlə bağlı məlumatların verilməsidir. Belə çıxır ki, ermənilərin o vaxt böyük tərsanəsi, gəmiləri olub, guya o dövrü bunlar yaradıb. C. Bəhramovun sözlərinə görə, Rusiyada bu səpgidə əsərlərin çapı təsadüfi deyil və ermənilər Azərbaycana qarşı antitəbliğatda Rusiyanın bütün imkanlarından istifadə edirlər: “1919-cu ildə ermənilər Türkiyəyə soyqırımı iddiası qaldıran vaxt ABŞ və Avropa ölkələrində çap olunan 282 belə saxta kitab aşkar edilib. Bu gün Azərbaycan tarixini saxtalaşdırmaqdan ötrü ermənilər artıq 4 milyondan çox kitab nəşr edib, dünyanın müxtəlif ölkələrinin dillərinə çeviriblər. Onlarla mübarizənin yeganə yolu Azərbaycan alimlərinin kitablarının çox böyük tirajla çap etdirmək və müxtəlif ölkələrdə səfirlik, diaspor vasitəsilə yaymaqdır”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma