Siyasət haqqında deyilənlər.

Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir.
Teodor Ruzvelt
O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb.
Bernard Şou
Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur.
Nikita Xruşov
Böyük siyasət-böyük işlərə tətbiq edilə bilən sağlam düşüncə kimidir.
Napoleon Bonapart
Əksər insanlar partiyaya avamlıqdan girir, utandıqlarından çıxa bilmir.
Corc Sevil Qalifaks
Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər.
Pyer Büast
Siyasətdə eləməli olmadığın şeyləri eləməli olursan.
Teodor Ruzvelt
Hətta ən qabaqcıl partiya belə millət əleyhinə qəsddir.
Corc Sevil Qalifaks
Xeyirxahlıq et və bu barədə danış.
Robert Kennedi
Qətilik-siyasətin dili deyil.
Bencamin Dezraeli
Hər şeydən asan əsasında ağıllı dəlillər dayanan partiyanı məhv etməkdir.
Lük de Klapye Vovenarq
Çirkli əllərlə təmiz işlər görülmür. Siyasətdə əllərdən çox şey asılıdır.
Əli Abşeroni
Hakimiyyət səhv edəndə haqlı olmaq təhlükəlidir.
Volter
Nə qədər ki, mən partiyaları idarə edirəm, o əsilsiz ədiblərin və salon bolşeviklərinin müzakirə klubu olmayacaq.
Adolf Hitler
Bütün dünyaya qorxu gətirmək istəyən, hər prezidentin öz kiçik müharibəsinin olduğu siyasət arxada qalmalıdır.
Mixail Qorbaçov
Siyasətçilərin ürəyi olmur, yalnız başı olur.
Napoleon Bonapart
Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma