İnsan qalıqlarının sayı günü-gündən artır

Qubada aşkar olunan kütləvi məzarlıqda tapılan insan qalıqlarının sayı günü-gündən artır

Qubada aşkar edilmiş kütləvi məzarlıqda arxeoloji qazıntı aparan ekspedisiya qrupu torpağın alt qatından daha 7 kəllə çıxarıb. Bununla kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı 168-ə çatıb.Qeyd edək ki, kütləvi məzarlıq 2007-ci ilin aprelində Quba şəhəri ərazisində təsadüfən aşkar edilib və arxeoloqların apardığı tədqiqatdan sonra təsdiq edilib ki, bu ərazidə 1918-ci ildə ermənilərin Quba rayonunda törətdiyi soyqırım zamanı qətlə yetirilmiş insanlar kütləvi surətdə basdırılıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin sözlərinə görə, quyudan çıxan kəllələrin ikisi uşaq kəlləsidir.

Quba soyqırımı üzrə ekspedisiya qrupu hava şəraiti ilə əlaqədar ötən ilin noyabrından məzarlıqda tədqiqat işlərini müvəqqəti olaraq dayandırmışdı. Qrupun rəhbəri Qəhrəman Ağayevin sözlərinə görə, aprelin əvvəlindən başlanan qazıntılar bundan sonra 3 mərhələdə davam etdiriləcək. Yəni bundan sonra tədqiqat məzarlığın cənubunda sökülmüş evin ərazisində və daha iki quyunun üzərində aparılacaq.

Ümumiyyətlə isə arxeoloqlar hesab edirlər ki, siyasi-tarixi məsələ olduğundan, ərazidə genişmiqyaslı qazıntıların aparılmasına zərurət yaranıb və bunun üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır.

anspress

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma