Paytaxt qəbiristanlıqlarında dirilərin də qəbirləri var

Qurd qapısı və Xırdalan qəbiristanlıqlarında bəzi qəbirlərin üzərində doğum tarixinin bütöv, ölüm tarixinin yarımçıq yazılması buna sübutdur
Paytaxtın iki qəbiristanlığında bir saat dolaşmaq yetər ki, dirilərin qəbirlərini üz gözlərinizlə görəsiniz. Məsələn, Qurd Qapısı adlanan ərazidəki qəbiristanlıqda təkcə yol kənarında iki qəbir var ki, sahibləri sağ-salamatdır. Mollalardan birinin sözlərinə görə, buradakı qəbirlərdən birinin sahibi xanımdır. O, 90-cı illərin əvəllərindən qazdırdığı məzarına tez-tez baş çəkir. Hətta vaxtaşırı qəbri üstünə gətirib çiçək də qoyur. Mollanın sözlərinə görə, məzarlıqda belə qəbirləri çox tapmaq olar.
Qəbirsitanlıqda olan Həsən adlı molla dinimizdə bu cür halların olmadığını deyir. Mərmər qəbirlərin üzərindəki boltlar da insanın diqqətini cəlb edir. Mollanın sözlərinə görə, mərməri qaldıranda sınmasın deyə belə bir variant düşünülüb. Yəni, adam öləndə sadəcə boltu açıb, mərməri qaldırırlar, vəssalam. Məzar onsuz da hazırdır.
Qurd qapısı qəbiristanlığında həyat yoldaşı dünyasını dəyişəndə özünə qəbir qazdıranlardan biri də Rüfət kişidir. O, xanımı ilə bərabər özünə qoşa başdaşı da qoydurub. Aradan 13 il ötüb, ər ikinci dəfə evlənib, amma məzarlıqda onun yastıq yoldaşı yenə köhnə arvadıdır. Qəbiristanlıqdakı mollanın sözlərinə görə, o, hər bayramda öz qəbrinin üstünə gəlir. Rüfət müəllimin əlaqə telefonu tapılsa da, o, çəkilişə razı olmayıb. Deyir ki, bu haqda söhbət aparmaq onun yarasının közünü qoparmaq olardı. Amma nədən diri ikən özünüzə qəbir qazdınız?- sualını da belə cavablandırır. «Xanımımı çox sevirdim, istədim onun yanında olum». Onun sözlərinə görə, o vaxt psixiatr Ağabəy Sultanov da onun diri ikən özünə qəbir qazdırmasını birmənalı qarşılamayıb. Hələ təklif edib ki, yaşadığı evi dəyişdirsin. Rüfət müəllim isə nə evini, nə həyat tərzini dəyişib. Yenə də işləyir, xanımının ölümündən 3 il sonra ailə də qurub, övladları da var.
Xırdalan qəbiristanlığında da diri ikən özünə qəbir qazdıranlar çoxdur. Məsələn, məzarlardan birinin üstündə «oğlumdan xatirə» yazılması onun sahibinin diri olduğuna birinci sübutdur. İkinci sübut, doğum tarixinin bütöv, ölüm tarixinin yarımçıq yazılmasıdır.
Əslində insanları diri ikən özünə qəbir qazdırıb, qəbirüstü abidə düzəltdirməyə nə vadar edir? Bəlkə, övladının olmaması və yaxud nankorluğu? Valideyn fikirləşir ki, öləndə onu ortadan götürən olmayacaq? Bəlkə, qəbiristanlıqda yerin baha qiymətə satılması, şöhrətpərəstlik? Necə bir məzara sahib olacağını adamların sağlığında görmək istəkləri? Hər halda, bütün bu bəlkələr mümkün gerçəklər olsa da, adamın diriykən özünə qəbir qazdırmasına əsas verirmi?
Molla İsa Əliyevin sözlərinə görə, ölmüş insanı onun varisləri, qohumları, tanış adamları basdırmalıdır. «İnsan diriykən üzünə qəbir qaza bilməz. İnsan sağlığında öz axirətini qazanmalıdır. Öləndə isə onu dəfn etmək yaxınlarının borcudur». İsa Əliyev insanın diri ikən özünə qəbir almasının səbəblərindən birinin torpaqların bahalaşması ola biləcəyini də istisna etmir. «İnsan onsuz da yerdə qalmır. Heç övladı olmasa da, qonşular-qohumlar onu yerdən götürür. Yəni, diriykən qəbir qazdırmağa heç bir ehtiyac yoxdur».
Xatırladaq ki, 2005-ci ildə Bilgəhdəki ahıllar evində Xanımana İbrahimova adlı ağbirçəyin də ölüm tədarükünü əvvəlcədən gördüyünün şahidi olmuşduq. 81 yaşlı Xanımana ana təqaüdündən qəpik-qəpik artırıb özünə qəbir daşı düzəltdirmişdi. Hər gün Xanımana ana eyvanda saxladığı qəbirüstü abidəsini gülə-gülə salamlayırdı.
Allah həm də dirilərə, həm də ölülərə rəhmət eləsin! Axı rəhmət həm ölüyə, həm də diriyə var.
Mənbə:ANS press

Paytaxt qəbiristanlıqlarında dirilərin də qəbirləri var” üzərinə bir şərh

  1. mustafa

    Mən də bir çox yerlərdə belə halla qarşılaşıram.Hətta bir nəfər var idi.Qəbrin içinə işıq çəkdirmişdi.Mənasız bir şeydir,ölməmişdən qabaq özünə məzar düzəltmək.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma