Avropalıların 40 faizi internetdən istifadə etmir

Avropa Komissiyasının məlumatının son tədqiqatlarına görə, Avropa sakinlərinin təqribən 40 faizi ömründə bir dəfə də olsun internetdən istifadə etməyib.
Bununla belə, təqribən 250 milyon avropalı şəbəkədən müntəzəm istifadə edir. Məsələn, Rumıniya, Bolqarıstan və Yunanıstan vətəndaşlarının təqribən 60 faizi şəbəkənin verdiyi imkanlardan istifadə etmir, bununla yanaşı, onların əksəriyyəti hazırda pensiyada olan ahıl adamlardır. Eyni zamanda, Avropada elə ölkələr vardır ki, internet istifadəçilərinin əksəriyyəti orada yaşayır. Bunlar Niderland, Danimarka və Finlandiyadır.
Avropa komissiyasının bəyanatında deyilir ki, Avropa ölkələrinin, xüsusən, Şərqi Avropa ölkələrinin hökumətləri internetdən istifadə xidmətləri bazarını açmaq, ələlxüsus, bu xidmətlərin qiymətlərini azaltmaq və daha artıq müştəri cəlb etmək məqsədi ilə sabiq dövlət telekommunikasiya inhisarlarını stimullaşdırmaq üçün daha çox səy göstərməlidirlər.
azertac

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma