Neft üzərində cənnət qurmaq mümkündürmü

Birləşmiş Ərəb Əmirliklərində 3 milyard dollara dənizdən baş qaldıran Əmirlik Sarayı adlı məşhur göydələn tikilib.
Vətəndaş Keyn romanının qəhrəmanı öz pullarını Xanadu qəsrinə tökdüyü kimi bu adamlar da pullarını villalara, saraylara və nəhəng abidələrə tökürlər.
Çaylar məcrasını dəyişir, səhralar çiçək açır. Kondisionerlərin sərinlətdiyi dağ yamaclarına süni qar yağır. Neftlə zəngin Ərəb yarımadasında bütöv şəhərlər beləcə cəhənnəm odu yağan səhralardan göylərə baş qaldırıb.
Bu şəhərləri fərqləndirən onların qeyri-adi arxitekturası yox, – yazır müəllif, – bəlkə dünyanın hər yerindən – işçi qüvvəsi və istedadları Amerikadan, Avropadan, Banqldaeşdən, Taylanddan, İndoneziyadan axıb gələn insanlarındadır. Öz vətənlərində bir işə sahib olmayanlar başqa ölkədə nəsə yaratmağa can atırlar.
Son iyirmi ildə dəyişən yeganə cəhət bu olub ki, yazır Newsweek, indi bu calama cəmiyyətlər təkcə işçi qüvvəsini yox, turistləri də cəlb etməyə başlayıb.
Dubayı misal gətirən məcmuə yazır ki, neft gəlirlərinin məhdud bir hissəsindən istifadə etməklə bu yerlərdə ən cəlbedici turist məkanları yaradılır. Məsələn, tennis meydançalarında yaşılı yaşıl saxlamaq üçün gündə milyonlarla litr təmiz su sərf olunur.
Müəllif yazır ki, neftlə daha zəngin ölkələr bu məsələyə daha təmkinlə yanaşır və hər dəbdəbəyə pul xərcləmirlər. Məsələn Birləşmiş Ərəb Əmirliklərində 3 milyard dollara Dubayın dəbdəbəsini kölgədə qoyan və dənizdən baş qaldıran Əmirlik Sarayı adlı məşhur göydələn tikilib.
Əmirliklər mədəniyyətə bağlılıqlarını göstərmək üçün fransızları burada Luvrun filialını yaratmağa sövq ediblər.
Müqayisə
“Sovet dövründəki tənəzzüldən sonra Azərbaycanın paytaxtı yenidən zənginləşir, hərçənd o köhnə ecazkarlıqdan demək olar ki, heç nə qalmayıb”, – deyilir Newsweek dərgisində dərc edilımiş məqalədə
Bəli, cənnət mənasız olmamalıdır, – yazır məcmuə, – Ərəb sahillərindəki Qətar neft və qazdan götürdüyü heyrətamiz gəlirdən ciddi təhsil verən şəhər dövlət yarada bilib.
Əmirin ecazkar xanımı Şeyxa Moza Amerikanın Corctaun, Kornel və digər adlı-sanlı Universitetlərinin filiallarını yaradıb. Qətar həm də tibb xidmətinin qlobal mərkəzlərindən biri olmağa çalışır.
Yaxşı bəs bütün bunlar nə qədər davam edə bilər, – deyə sual edir müəllif. Xəzər sahilindəki Bakı 100 il əvvəl dünya neftinin yarısını verəndə lüks həyatın və dəbdəbənin mərkəzinə çevrilmişdi.
Sovet dövründəki tənəzzüldən sonra Azərbaycanın paytaxtı yenidən zənginləşir, hərçənd o köhnə ecazkarlıqdan demək olar ki, heç nə qalmayıb.
Müəllif Dubayın rəhbəri şeyx Rəşidin köməkçisi ilə söhbətini xatırlayır. Səhra sakini olan bu qoca bədəvi o vaxt demişdi. “Bilirsən, bunun bir sonu olacaq. Buaralar susuz bağçaya dönəcək.”
Lakin bu söhbər 20 il əvvəl olub, – yazır Newsweek, – hələlik qocanın peyğəmbərliyi çətin ki, özünü bu yaxınlarda doğrultsun.
Son onilliklərin təcrübəsi göstərir ki, neft dövlətləri neft sərvətlərini öz təbii ekzotikliyindən istifadəyə sərf etməklə sərvət qazanmağı öyrənəndə, istər qupquru Fars Körfəzi olsun, istər günəşli Karib hövzəsi və ya küləkli Şimal dənizinin sahilləri – bütün bunları uzunmüddətli firavanlığın açarına, lap elə cənnətə çevirmək mümkündür.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma