Diqqət! Kompyuter sizi tənhalaşdıra bilər.

İnternetlə məşğul olaraq keçirdiyiniz vaxtı inkar edib, özünüzü aldadırsınız?
Yeni tanış olduğunuz insanlara telefon nömrənizlə yanaşı, MSN adresinizi də verirsiniz? Hər hansı bir məlumatı axtararkən, saatlarla başqa elektron səhifələrində ilişib qalırsınız? Deməli, həyəcan siqnalını vermək vaxtıdır.
Bir cəmiyyət kimi həmişə yol verdiyimiz ümumi bir səhv var: bir məsələyə əvvəlcədən yox, hər şey baş verdikdən sonra müdaxilə etmək… Yəni diş ağzımızda tamamilə çürüyüb bizi ağrıdan çıxılmaz vəziyyətə salmalıdır ki, həkimə müraciət edək.
Kompyuterin qarşısında oturub az qala fiziki ehtiyaclarını da ödəmək üçün vaxt və ya imkan tapmayan nə qədər insan var. Hətta bir çoxları kompyuterə görə yuxusuna haram qatmaqdan belə çəkinmirlər. Belələrinin işdən və ya məktəbdən evə qayıtdıqdan sonra ilk işi internetə girmək və kompyuterin qarşısından saatlarla qalxmamaq olur.
Çox vaxt vəziyyət o həddə çatır ki, insan gecə heç yatmadan səhəri gün işə yollanır. Daha sonra həmin şəxsin nələr yaşadığını özünüz təsəvvür edə bilərsiniz. Belələri ailə üzvləri ilə vaxt keçirə bilmədikləri, onlarla maraqlanmadıqları üçün ailədə tez-tez problemlər ortaya çıxır. Hətta baş verənlər boşanmaya qədər aparır və ailələrin dağılmasına səbəb olur.
Bu cür vərdişi olan insanlar zaman keçdikcə sosial mühitlərindən uzaqlaşaraq öz içlərinə qapanmağa başlayırlar. Dostlarını yada salmadıqları, onlarla əlaqə saxlamadıqları üçün ətraflarındakı insanların sayı bir-bir azalır. Belə şəxslər yaratdıqları tənhalıq dünyasında tək qalırlar və özlərini depressiyanın pəncəsinə atırlar. Təbii ki, baş verənlər bunlarla tamamlanmır. Bu insanlar psixoloji problemlərlə yanaşı, bel və göz ağrıları kimi fiziki problemlərlə də qarşılaşırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma