Blogerlərin ilk görüşü

Əziz Blogçular,‎
Siz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı ‎blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz ‎dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə blogunuza ‎əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər ‎sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə ‎hazırsınızmı?‎AzəriBlog artıq 10 aydır ki, fəaliyyətdədir. Bu yazını yazmaqda məqsədimiz AzəriBlog ‎İdarə Heyəti ilə siz hörmətli blogcuların real olaraq görüşünü təyin etməkdir. Bu görüşdə ‎yaş, cins, peşə fərqi olmadan AzəriBlog blogcularının bir-biri ilə yaxından tanışmasını ‎reallaşdırmaqdır. Görüş ərəfəsində maraqlı söhbətlər, faydalı məsləhətlər, tənqid və ‎təkliflər müzakirə olunacaq. Bu görüşdən məqsəd sırf yaxından tanış olmaq və ‎‎”AzəriBlog”umuzun inkişafı və təkamülüdür!‎
İndi siz dəyərli blogçulardan görüş üçün bir neçə sual soruşulacaq ki, xahiş edirik bu ‎suallara şərhlər bölməsində cavab yazasınız:‎‎-‎ Bu görüşdə iştirak edəcəksinizmi? Əgər cavabınız müsbətdirsə ad, soyad və ‎blogunuzun adını yazın.‎
‎-‎ Bu görüş üçün hansı günü və tarixi münasib bilirsiniz? Bazar günü aprel ayının ‎‎27-si, Bazar ertəsi aprelin 28-i, çərşənbə axşamı aprelin 29-i yoxsa çərşənbə günü ‎aprel 30-u?‎
‎-‎ Görüş məkanı üçün haranı təklif edirsiniz? (Biz Milli park, bulvarda olan ‎kafelərin birini məsləhət bilirik)‎
‎-‎ Görüş axşam saat 18-dən 20-dək olacaq. Razısınızmı?‎
Bir həftədən sonra sizin şərhlərinizə əsasən qərarın dəqiq günü, məkanı və saatı məlum ‎olacaq və bu yazıda əlavə olunacaq. Xahiş olunur bloglarınızda bu barədə digər ‎blogçuları da xəbərdar edin.‎Hamınızı səbrsizliklə gözləyirik!
http://www.news.azeriblog.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma