Bloglar necə xak olunur?

‎Blogları xak etmək üçün xakerlərin çoxlu səbəbləri var: məşhur olmaq, öz düşüncələrinə ‎müxalif olan şəxslərin yazıların silmək və s.‎
Çox zaman bəziləri xakerlərin çox ciddi və çətin işlə saytları xak etdiyini zənn edirlər. Amma ‎əslində belə deyil!‎
O yollar ki, xakerlər saytları xak üçün istifadə edirlər çox sadə və tanınmış yollardılar və ‎istifadəçilər bir az diqqəti olsalar öz bloglarını və yazilari təhlükədən qoruya bilərlər. ‎Bununlada bloglarını xak olmaqdan saxlayarlar.‎

Bu məqalədə biz xakerlərin hansı yollarla blogları xak etdiklərinin açarını siz dəyərli ‎oxuculara bildirmək istəyirik:‎
hack a blog!Aldatma: bir xaker üçün blogçun aldatmaqdan sadə və rahat yol yoxdur! Bu yol vasitəsilə ‎xakerlər blog istifadəçilərin e-mail ünvanlarına aldadıcı məktub göndərirlər və onlardan ‎müxtəlif bəhanələrlə istifadəçi adı və hesablarının şifrəsini istəyirlər. Misal üçün yazırlar ki, ‎blog sisteminin filan imkanından istifadə etmək üçün istifadəçi adınızı və şifrənizi bizə ‎göndərin! Xakerlər çoxlu cəhd edirlər ki, bu məktublar həqiqətə bənzəsin və reallığa uysun. ‎Əlbəttə bir az diqqətli olsaq məlum olar ki, bu məktublar aldatmaq üçündür. Çünki blogun ‎İdarə Heyətinə heç bir blogcunun hesab şifrəsi filan lazım deyil!‎
Saxta səhifələr: saxta səhifələr internetdə istifadəçilərin hesablarının məlumatını almaq üçün ‎məşhur bir yoldur! Bu yol əsasən müxtəlif saytların hesaba daxil olunma səhifəsinə oxşar bir ‎səhifə yaradıraraq əldə olunur. Olar bu ünvanları e-mail adreslər ya mesaj olaraq blogçulara ‎və ya sayt adminlərinə göndərirlər. Diqqətsizlikdən dolayı və səhifə həqiqi sayta oxşadığı ‎üçün hesab adını və şifrəni daxil edərək xakerlərə rahatlıq yaradırlar. Hər halda olursa olsun ‎saytın keçidinə diqqət etməyiniz məsləhətlidir.‎
E-mail ünvanının xak olunması: E-mail ünvanının şifrəsi xak olmaqla bloglarıda xak etmək ‎olar. Çunku Blog istifadəçiləri şifrələrini unutduqları zaman blog sistemlərindən yeni şifrə ‎tələb edirlər və yeni şifrə blogçuların e-mail ünvanlarına göndərilir. E-mailin xak olunması bir ‎neçə səbəbdən olur ki, ən böyük səbəbi də tanımadığınız və bilmədiyiniz adamlardan hər ‎hansısa fayl və ya proqram qəbul etməyinizdir. Belə ki, qəbul etdiyiniz fayl kompyuterinizə ‎gəlir və xaker onu sizin kompyuterdə çalışdırır və sizin bütün ekranınıza nəzarət etmiş olur. ‎Ona görə də çalışın tanımadığınız və bilmədiyiniz insanlardan heç nə qəbul etməyin!‎
Kompyuterdən məlumatların oğurlanması: Unutmayın ki, əgər siz umumi yerlərdən
‎ (məsələn internet klub) internetə daxil olursunuzsa istifadə etdiyiniz hər hansı blog və ya sayt ‎hesablarınıza daxil olduqdan və işinizi bitirdikdən sonra kompyuterdən silin (cookiesləri ‎silmə) Bunu etmədiyiniz halda sizin hesablarınız hər an təhlükə altındadır. Və ya ən rahat ‎yolu digərlərinin kompyuterindən əhəmiyyətli hesablarınızı istifadə etməyin.‎
Çox sadə blog şifrəsi: Çalışın ki, blog və ya hər hansı hesab şifrələriniz çox sadə şəkildə ‎olmasın. Əks təqdirdə bu xakerlərin işini çox asanlaşdırır. Məsələn, 123321, qüeriyt kimi ‎şifrələr xakerlər üçün su içmək kimi bir şeydir. Ona görə də çalışın şifrələriniz rəqəm və ‎hərflərdən ibarət olsun və bir azca uzun olsun. Sözsüz ki, yaddaşınızda qalan olması da ‎mühüm amildir! Ümumiyyətlə əhəmiyyətli hesab şifrələrini 1 aydan bir dəyişməyiniz daha ‎məsləhətlidir!‎P.S:http://journal.azeriblog.com/

Bloglar necə xak olunur?” üzərinə 3 şərh

  1. Bu yazi tam suretde menim meqalem journal.azeriblog.com bloginda kopy olunub, ve menim yazim ucunde hecn kecid ve istinad yoxdu? bu nece ishdi? Rauf nece bu ishe super adi verir?

    Bəyən

  2. vugar

    maraqlı sözlərdi.ancaq unutmayın ki,hackerler istədiyi şeyi əldə etmək üçün çox şey edirlər.nə bilim uzun parol,yox aldadıcı mesaj uşaq söhbətləridi valla.yenədə ugurlar sizə.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma