Azərbaycan Global Information Technology hesabatında «Şəbəkə hazırlığı» cədvəli üzrə 67 yeri tutub

Azərbaycan Ümumdünya İqtisadi Forumun aprelin 7-də təqdim olunan 2007-2008-ci illər ərzində «Global Information Technology Report» hesabatında «Şəbəkə hazırlığı» cədvəli üzrə 127ölkə arasında 67-ci yeri tutub.
DAVAMINA BAXIN
«Şəbəkə hazırlığı» cədvəli üzrə Azərbaycan Ermənistan (106-cı yer), Gürcüstan (91-ci yer), Rusiya (72-ci yer) və Qazaxıstanı (71-ci yer) qabaqlayıb. Trend-in məlumatına görə, digər göstəricilər üzrə Azərbaycan daha qabaqcıl mövqeləri tutub. Geniş maliyyə imkanlarının mövcudluğu, aşağı vergi faizlərinin tətbiqi, nizamlama qaydalarının sadələşdirilməsi (biznes-mühit), texnologiya və kompüter mütəxəssislərinin sayı, texnologiyalar ixracının rahat mexanizmi üzrə Azərbaycan 39 və 54-cü mövqeləri tutub.
Qeyd edək ki, hesabata Danimarka, İsveç və İsveçrə başçılıq edir. Hesabatın hazırlanmasında məqsəd İnternet şəbəkəsinin inkişafına təsir edən amilləri müəyyən etmək, informasiya texnologiyalarının inkişafında biznes infrastrukturu və nizamlanma amillərini təhlil etməkdən ibarətdir.
Hesabat həmçinin ölkələrin ümumi inkişaf tempini və rəqabət qabiliyyətlilik potensialını özündə əks etdirir.
Qaynaq: Mincom.gov.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma