“Microsoft” istəyinə çatdı: “Yahoo” aman diləyir

 
İnternetdə ikinci axtarış portalı olan “Yahoo!” dünyanın softver nəhəngi “Microsoft” tərəfindən satın alınmağa sonadək müqavimət göstərsə də, axırda dözməyib.
“Microsoft” satın almağa hazırlaşdığı şirkətə son xəbərdarlıq yollayaraq bildirmişdi ki, əgər “Yahoo!” satılmağa könüllü razılaşmasa, onu “udulma” gözləyir.
“Yahoo!”nun banisi və rəhbəri Cerri Yanqla direktorlar şurasının sədri Roy Bostok “Microsoft”un icraçı direktoru Stif Balmerə yolladıqları məktubda bildiriblər ki, korporasiyanıvn indiki təklifi “Yahoo!”nun səhmdarlarının maraqlarına cavab vermir: “Səhmlərimizin qiymətini artıracaq istənilən təklifi müzakirə etməyə hazırıq. Həmin təkliflər arasında “Microsoft”un şərtləri də ola bilər. Bir şərtlə ki, həmin şərtlər “Yahoo!”un dəyərini tam əks etdirsin. “Microsoft”un bizə ünvanladığı hədələr isə ümumi işin xeyrinə deyil”.
“Thomson Financial” bildirir ki, “Microsoft” korporasiyası “Yahoo!”ya $44,6 milyard və ya hər səhm üçün $31 təklif edib.
“Microsoft” korporasiyası son illər İnternetə yatırdığı milyardlardan gözlədiyi nəticəni əldə edə bilməyəndən sonra Bill Geyts qərara gəlib ki, “Yahoo!”nu satın alaraq bu sahədə lider olan “Google” ilə rəqabət apara bilər.
Bu arada Geytsin menecerləri “Yahoo!”nun iri səhmdarlarını şirnikdirərək onları Cerri Yanq və direktorlar şurasına qarşı qaldırıblar. Səhmdarlar “Yahoo!”nun satılmasnı tələb edirlər.
“Yahoo!” təklif olunan məbləğin qaldırılmasını istəyir, Geyts isə fikrindən dönmürdü.
İndi isə “Microsoft”un səhmləri ucuzlaşdığından Geytsin “Yahoo!” üçün təklif etdiyi məbləğ $44,6 milyarddan $41 milyarda qədər azalıb.
“Microsoft” açıq-aşkar şəkildə göstərir ki, vaxtını “Yahoo!”nun direktorlar şurası ilə “siçan-pişik” oyununa sərf etməyərək sövdələşməni bu maliyyə ilinin sonunadək başa vurmaq əzmindədir. /Ekspress

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma