Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün ərazi müəyyənləşib

  Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün ərazi müəyyənləşdirilib. Bu barədə çərşənbə günü «Trend News»a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ötən il dekabrın ortalarında Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisinə rəsmən icazə verib. İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti də razılığını verib. Azərbaycanda bu obyektin tikilməsinə 2009-cu ildə başlanması və 2013-cu ildə başa çatdırılması nəzərdə tutulur.
Qəribov deyib ki, nüvə tədqiqat reaktoru paytaxt Bakıdan 20 kilometr aralıda yerləşən Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tikiləcək. Onun sözlərinə görə, hazırda ərazinin xəritəsi hazırlanır. İnstitut direktoru deyib ki, nüvə reaktorunun 25-30 MVt gücündə olması planlaşdırılır. Reaktorun tikintisi təxminən 25-30 mln. dollara başa gələcək.

Azərbaycan Yaşıllar Partiyası atom texnologiyasının insan sağlamlığına və ekologiyaya ciddi ziyan vurduğunu əsas gətirərək onun tətbiqinin əleyhinə çıxış edir. Partiyadan  bildiriblər ki, Azərbaycan alternativ enerjinin digər növlərindən, külək, su, günəş enerjisindən istifadə etməlidir.

 Mənbə:« Trend News»

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma