Kəbənin qədim açarı 18 milyon dollara satıldı

Bu açar 18 milyon dollara satılıb
İslam dininin ən müqəddəs məbədi – Məkkə şəhərində yerləşən Kəbənin 12-ci əsrə aid olan açarı 18 milyon dollara Londonda Sotbi hərracında satılıb. İndiyə qədər heç bir islam incəsənət nümunəsi belə yüksək qiymətə satılmamışdır.
Sözsüz ki, bu açar islam dininin ən mühüm rəmzlərindən biri sayılır. Kəbə tarixində 58 belə açarın mövcud olduğu qeyd olunur, Nadir açarı alanın kimliyi məxfi saxlanılıb. 37 sm uzunluğunda olan bu açarın üzərində “Allahın müqəddəs evi üçün düzəldilib” kəlmələri həkk olunub.

Bəs bu açarın İslam dünyası üçün əhəmiyyəti nədir? İslam İrsi Fondundan doktor İrfan əl-Ələvi:

Bu açarlarla Kəbə məbədinin qapısını açmaq olar. Tarixən bu açarları Benişeyba qəbiləsinin üzvləri saxlayardılar. Onlar Məhəmməd Peyğəmbərin yaxınlarının nəslindəndirlər. Hər il Həcc ziyarətinin birinci günündə Kəbənin qapıları bu açarla açılır. Bu açar uzun bir metal çubuğudur. Ümumiyyətlə əllidən çox belə açar var, onlardan bəziləri tarix ərzində itib. Onun üzərində hökmdarın adı və ya Qurani kərimdən sözlər yazılır.

Bu açarı kimsə 18 milyon dollara alıb. Yəni bu açarın islamdakı əhəmiyyətinə görədir ya onun qədim olmasına görə?

Hər ikisinə görə. Bəzən hərbi səfərlər zamanı bu açarları özləri ilə götürərdilər.Ümid edərdilər ki, bununla qələbəni tezləşdirmək mümkündür. Məsələn, dördüncü Sultan Murad Bağdadı tutarkən özülə bu açarlardan birini götürmüşdü. İş burasındadır ki, tarix ərzində Kəbənin də qapıları dəyişdirilib.Ona görə bəzi açarlar gərəkliyini itirərək, dünyanın müxtəlif yerlərinə düşüblər. Taxta, dəmir və qızıl açarlar olub.

Sizcə bu açar üçün kim 18 milyon dollar verə bilərdi?

Məlumdur ki, Bruney sultanı qədim islam əşyalarını toplamağı sevir. Məncə bunu ya o, ya da ki, şiə müsəlmanı alıb. Çünki, İmam Əli müqəddəs Allah evində doğulan yeganə şəxsdir. Buna görə onu hansısa varlı bir şiə də ala bilərdi.

Bəs hal-hazırda Kəbənin qapısını açmaq üçün hansı açardan istifadə olunur?

Bəli, bu açar daha müasirdir, onu da Benişeyba qəbiləsinin üzvləri saxlayırlar. Hər il Səudiyyə kralı qapıçının müşayiətilə Kəbə qapısının açılması mərasimində iştirak edir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma