Sarkisyan kimdir? Onun hakimiyyəti rəsmən başladı

Sarkisyan kimdir? Onun hakimiyyəti rəsmən başladı
S.Sərkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Xankəndi şəhərində doğulub. 1976-cı ildə Yerevan Dövlət Universitetini bitirib. Uzun illər Dağlıq Qarabağın komsomol və partiya orqanlarında çalışıb.
1989-93-cü illərdə «Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri»nin sədri. 1990-93-cü illərdə Ermənistan parlamentinin üzvü olub. 1993-cü ildə Ermənistanın müdafiə naziri təyin edilib. 1995-96-cı illərdə Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, 1996-99-cu illərdə daxili işlər və milli təhlükəsizlik naziri vəzifələrində çalışıb. 1999-2000-ci illərdə Prezident Aparatının rəhbəri olub. 1999-2007-ci illərdə Prezident Yanında Təhlükəsizlik Şurasının katibi, 2000-ci ildən həm də müdafiə naziri olub. 2007-ci ildən Ermənistanın baş naziri idi. Respublika Partiyasının sədridir. Azərbaycanda erməni separatizminin ən fəal və ən qanlı iştirakçılarından biridir. Azərbaycan torpaqlarının işğal olunmasında, minlərlə Azərbaycan vətəndaşının qətlə yetirilməsində birbaşa iştirak edib.
Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyan and içərək prezidentlik səlahiyyətlərinin icrasına başlayıb. Andiçmə mərasimi ilə bağlı İrəvanda yığcam hərbi parad da keçirilib. Sarkisyanın inaqurasiya mərasimi erməni müxalifətinin 1-2 mart qurbanlarının 40-ı münasibətilə təşkil etdiyi matəm aksiyası fonunda baş tutub.
Yerli vaxtla saat 14:00-da Ermənistanın yeni seçilən prezidenti Serj Sərkisyan and içib. S. Sarkisyan Ermənistan konstitusiyasına və qədim İrəvan manuskriptinə əl basaraq konstitusiyanın tələblərinə cavab verəcəyinə, insanların hüquq və azadlıqlarına hörmət edəcəyinə, Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini, müstəqilliyini təmin etməyə söz verib.
Qeyd edək ki,and içmə mərasimindən öncə, Ermənistan Milli Məclisinin xüsusi iclasının keçirildiyi Milli Akademik Opera və Balet Teatrının girişində Serj Sərkisyanı sələfi Robert Köçəryan və bu gündən artıq keçmiş birinci ledi olan Bella Köçəryan qaprşılayıb.
Rəsmi İrəvan inaqurasiya mərasiminə əməlli-başlı yüksək səviyyəli hazırlıq görsə də, böyük dövlətlər inaqurasiya mərasimində yalnız xüsusi nümayəndələr səviyyəsində iştirak ediblər.
Mərasimdə 58 ölkənin, 12 təşkilatın nümayəndələri iştirak edib. Yerevana gələn qonaqlar arasında ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza, Gürcüstanın baş naziri Vladimir Qurgenidze, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov, Çexiya Senatının sədri Premısl Sobotka, İranın energetika naziri Səid Fəttahi, NATO baş katibinin köməkçisi Jan-Fransua Byuro, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də var.
Andiçmə mərasimi ilə bağlı İrəvanda yığcam hərbi parad da keçirilib.
Qeyd edək ki, bütün bunlar müxalifətçilərin Aleksandr Myasnikyanın abidəsinin qarşısındakı meydanda “Yaz gəlməliydi, amma qan töküldü” şüarı altında 1-2 mart qurbanlarının 40-ı münasibətilə keçirdiyi matəm aksiyası fonunda baş verib.Meydana toplaşan bir neçə min insan “Serjik get, Levon prezident” şüarları səsləndiriblər.
Xatırladaq ki,fevralın 19-da keçirilən seçkidə prezident seçilən S.Sərkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Xankəndi şəhərində doğulub. Buna baxmayaraq Sarkisyan Azərbaycanda erməni separatizminin ən fəal və ən qanlı iştirakçılarından biridir. Azərbaycan torpaqlarının işğal olunmasında, minlərlə Azərbaycan vətəndaşının qətlə yetirilməsində birbaşa iştirak edib.
xxeber

Sarkisyan kimdir? Onun hakimiyyəti rəsmən başladı” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma