İPƏK YOLUNUN TARİXİ

İPƏK YOLUNUN TARİXİ

İpək Yolu bizim eranın birinci minilliyindən başlayaraq ikinci minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürür və sonra Orta Asiyada Təkləməkan səhrasından keçən şimal və cənub marşrutlarına ayrılır, sonra isə yenidən birləşərək İranın yaylalarını kəsib keçir və Antiox və Tire şəhərlərində qurtarır.
Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İskəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi.
İpək Yolu üçün əsas tarixi fəaliyyət dövrləri Çində Xan sülaləsinin (b.e.ə. 206-cı il-b.e. 220-ci il), Çində Tanq sülaləsinin (b.e. 613-907-ci illər) və monqol imperatoru Xanatanın (b.e. XIII-XIV əsrlər) hakimiyyət dövrləri idi. Nəhəng imperiyanı idarə edən monqollar İpək Yolunun Avropa-Asiya çöllərindən keçən şimal marşrutunu qorumağı öz öhdələrinə götürdülər.
Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar. Xan sülaləsinin hakimiyyəti dövründə Çin gəmiləri Cənubi Asiya krallıqları ilə ticarət aparırdılar. VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. İpək Yolunun yeganə əsas incəsənət əsərləri və qızıl-gümüş məmulatları qrupu olan, Yapon imperatoruna məxsus VIII əsrin Şosoin kolleksiyası indiyədək qorunub saxlanılır. Bu kolleksiya Aralıq dənizi ölkələri, İran, Mərkəzi Asiya, Çin və Yaponiyanın incəsənətini əks etdirir. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. Hindular və ərəblər cənubi dəniz marşrutları boyunca ticarət münasibətlərinə malik idilər, XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar.
Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək yolunun vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, ipək, ….., Riyaziyyat, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi, buna görə də Qərbin onların yaranması haqqında heç bir təsəvvürü yox idi.
Musiqi alətləri də İpək Yolu vasitəsilə səyahət edirdilər. Simli, nəfəs və zərb alətləri həm Qərb tərəfdən, həm də Şərq tərəfdən bir-birlərinə təsir edirdilər. Hindistanın beş simli udu və Misirin bir simli udu Şossoin kolleksiyasında aşkar olunmuşdu. Dil aləti olan Misir mizmarı Avropa klarnetinin və qaboyun əcdadı hesab olunur. Çinə nimçələr Hindistandan gətirilmişdi, sonralar isə Çin qonqları Avropada yayıldı.
Birinci minillikdən başlayaraq ikinci minilliyin ortalarına qədər İpək Yolu kimi tanınan nəhəng ticarət marşrutları şəbəkəsi Avropa və Asiya xalqlarını və ənənələrini bir-biri ilə əlaqələndirirdi. Bu tarixi marşrutlar qiymətli əşyaların, informasiya və biliklərin Şərq və Qərb arasında nəqli üçün əsas ötürücü dəhliz idi və dünyada ilk dəfə olaraq, İpək Yolu ölkələrinin elmi və mədəni ənənələrinin mübadiləsinə səbəb oldu.
İpək Yolunun ticarət marşrutları Çin, Yaponiya, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçməklə genişlənirdi.

Reklam :

Fotoqraf xidmeti

Bir şərh

Bir şərh yazın